Zidanın harada işləmək istədiyi məlum olub
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın gələcək karyerası ilə bağlı planları məlum olub.
Xalqxeber.az "RMC Sport"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis yeni iş yeri kimi yalnız Fransa millisini nəzərdən keçirir və başqa heç bir komandaya rəhbərlik etmək niyyətində deyil. Buna görə də valideynləri və qardaşının israr etməsinə baxmayaraq, Zidan Əlcəzair Futbol Federasiyasının təklifini rədd edib.
Zidan məşqçiliyə qayıtmağa tələsmir. O, Fransa millisinin hazırkı baş məşqçisi Didye Deşam postunu tərk edənə qədər gözləməyə hazırdır. Deşamın müqaviləsi 2026-cı ilə qədər davam edəcək.
Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə İspaniya çempionu tituluna çıxarıb, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu, iki dəfə Klublararası Dünya Kubokunu qazanıb və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır