XalqXəbər.Az

Bahalaşma marketləri müştərilərə yalvarmağa məcbur etdi... - FOTOFAKT

yüklənir...
Bahalaşma marketləri müştərilərə yalvarmağa məcbur etdi... - FOTOFAKT
10-04-2017, 16:37
yüklənir...

Ölkəni bürüyən bahalaşma vətəndaşlarla bərabər iş adamlarını, eyni zamanda market və supermarket sahiblərini də çətin duruma salıb. Yəni vaxtilə Hesablama Palatasının sədri qismində parlamentdə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədovun təbirincə desək, bu dəfə bahalaşma Azərbaycan iqtisadiyyatına sürtünüb kçmədi, necə deyərlər, lap ortasına daxil olaraq onu dağıtmaqdadır.
Elə oxuculara təqdim etdiyimiz fotodan da görünür ki, paytaxtdakı supermarketlər müştəri qıtlığı çəkir və çarəsizlikdən həvəsləndirici təkliflərlə insanların könlünü almağa çalışırlar.
Bu endirimlərin həqiqəti əks etdirib - etdirmədiyi başqa söhbətin mövzusudur və bəllidir ki, adətən bu cür təkliflər sadəlöhv müştərini aldatmağa hesablanır. Amma istənilən halda marketlərin belə mağmın duruma düşməsi ölkədəki real vəziyyəti çılpaqlığı ilə əks etdirir...
moderator
Bahalaşma marketləri müştərilərə yalvarmağa məcbur etdi... - FOTOFAKT
Bahalaşma marketləri müştərilərə yalvarmağa məcbur etdi... - FOTOFAKT

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.