SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Favorit"də müştərilərə necə do gəlirlər... - FOTOFAKT

"Favorit"də müştərilərə necə do gəlirlər... - FOTOFAKT

Tarix:

24-01-2017, 09:45

/ 2 526 dəfə oxundu.
"Favorit"də müştərilərə necə do gəlirlər... - FOTOFAKT

Bir müddət öncə "Favorit" süpermarketlər şəbəkəsinin Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən küçəsində fəaliyyət göstərən şöbəsində müştəriyə xarab məhsul satılıb

Daxil olan məlumatda bildirilir ki, xarab məhsul 200 qr-lıq "Komo" markalı "holland pendiri" olub. Təqdim olunan fotolarda məhsulun üzərində yararlılıq müddətinin 11.04.2017-ci il tarixinə qədər olduğu göstərilsə də pendirin kənarlarının kiflə örtüldüyü açıq şəkildə seçilməkdədir.

Müştərinin iddiasına görə, "Favorit" süpermarketlər şəbəkəsi müştərilərə təkcə xarab məhsullar satmaqla məşğul deyil. Binəqədi qəsəbəsinə yerləşən marketdə müştərilərə verilən kassa çekində "Favorit" sözünə rast gəlmək mümkün deyil. Kassa çekində marketinin adının yazılmalı olduğu sahədə sadəcə olaraq "BAKI SEHERI" ifadəsi qeyd olunub.

Eyni zamanda kassa çekində qeyd olunan VÖEN nömrəsinin qaydalara uyğun olmadığı görünür. Qeyd edək ki, Vergilər nazirinin 06.02.2012-ci il tarixli 1217040100139800 nömrəli Əmri ilə təsdiq edilən "Vergi orqanlarında kommersiya qurumlarının qeydiyyatının aparılmasına dair "Metodik Göstəriş"in 1.2.8. maddəsində açıq çəkildə qeyd olunur ki, VÖEN 10 rəqəmli olmalıdır. Ancaq "Favorit" marketin "BAKI SEHERI" adı ilə təqdim etdiyi kassa çekindəki 10022561501 nömrəli VÖEN 11 rəqəmlidir. Bu VÖEN Vergilər Nazirliyini "taxes.gov.az" saytı vastəsilə axtarışa verdiyimiz zaman da sistem bildirir ki, bu nömrə səhvdir.

Belə görünür ki, "Favorit" marketlər şəbəkəsi təkcə müştərilərə xarab məhsul satmır, eyni zamanda rəsmi sənədləri də istədikləri kimi tərtib edə bilirlər.

Dünən gün ərzində "Favorit" marketlər şəbəkəsinin rəhbərliyi ilə əlaqə yaradaraq iddialara aydınlıq gətirməyə çalışsaq də bütün cəhdlərimiz nəticəsiz qaldı. "Favorit" marketə məxsus olduğu görsənən "favorit-market.az" saytına daxil olduğumuz zaman təhlükəli "virus" xəbərdarlığı ilə qarşılaşırıq. Belə görünür ki, "Favorit" market real müştərilərinə "kifli pendir", onlayn müştərilərinə isə "virus" "satır".

Marketə məxsus olduğu bildirilən 5109956 nömrəli telefona isə cavab verən yoxdur. "Favorit" marketin sosial şəbəkə hesabı olan - "www.facebook.com/FavoritMarket/"ə göndərdiyimiz mesaja isə cavab verilməyib.

P.S. "Favorit" marketdən məsələ ilə bağlı hər hansı bir açıqlama olarsa oxucuların diqqətinə çatdırılacaq.

"Favorit" marketin rəsmi veb-saytı - "favorit-market.az"ı açdığımız zaman təhlükəli virus xəbərdarlığı elanını görürük.

"Favorit"də müştərilərə necə do gəlirlər... - FOTOFAKT
"Favorit"də müştərilərə necə do gəlirlər... - FOTOFAKT
"Favorit"də müştərilərə necə do gəlirlər... - FOTOFAKT
"Favorit"də müştərilərə necə do gəlirlər... - FOTOFAKT
"Favorit"də müştərilərə necə do gəlirlər... - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ