SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şirvan Apellyasiya Məhhkəməsinin binası Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb

Şirvan Apellyasiya Məhhkəməsinin binası Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb

Tarix:

16-03-2017, 11:39

/ 2 983 dəfə oxundu.
Şirvan Apellyasiya Məhhkəməsinin binası Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb

Xəbər verdiyimiz kimi bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılacaq
Məhkəmənin keçirilməsi ilə əlaqədar polis əməkdaşları, Daxili Qoşunlar Şirvan Şəhər Appelyasiya məhkəsinin binası ətrafına yeridilib. Hətta şəhərə giriş də polislər tərəfindən nəzarətə götürülüb. Bu barədə “İslaminSesi”nə məhkəmədə iştirak edən inanclılar məlumat veriblər. Hətta Sərdar Hacıhsəsənlinin vəkili də məhkəmə binasına tərəf buraxılmayıb. Bu barədə vəkil Cavad Cavadov özünün facebook profilində məlumat paylaşıb.

Şəhərə daxil olan inanclıları qarşılayan polis əməkdaşları 3 dəqiqə ərzində onlardan şəhəri tərk etmələrini istəyiblər. Əks halda tədbir görüləcəyi bildirilib. Bütün bunlara baxmayaraq çox saylı inanclılar məhkəmə ətrafına yığışaraq məhkəmənin qərarını gözləyirlər.

Qeyd edək ki, bundan öncəki Apellyasiya Məhkəməsi mart ayının 10-da Nizami Rayon Məhkəməsində baş tutmuşdur. Məhkəmə işə baxaraq növbəti baxış üçün vaxt təyin etmişdi.

Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsi ölkədə və xaricdə yaşayan inanclılar tərəfindən narazılıq və etirazla qarşılanıb.

Şərhlər

XƏBƏR LENTİ