SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Razinin şər və böhtanına istintaq niyə inanır? - Onu müdafiə edən kimdir?

Razinin şər və böhtanına istintaq niyə inanır? - Onu müdafiə edən kimdir?

Tarix:

4-12-2023, 19:25

/ 1 416 dəfə oxundu.
Razinin şər və böhtanına istintaq niyə inanır? - Onu müdafiə edən kimdir?

Razi Əliyeva səsküy salmış keçmiş naməlum şəkili ilə istintaqı və içtimayyətdə yanlış fikir oyatmışdır.
Razinin hər hansı sübutla təsdiq edilməyən şər-böhtanı  ilə 7 ağır maddə üzrə ittihamla açılmış cinayət işi Razinin telefonuna baxış keçirilməməsi və üzləşməyə gəlməməsi səbəbindən uzanmışdır. İstintaqın tez-tələsik yekunlaşdırılmasına cəhd edilsə də, mənim təşəbbüsüm və tələbimlə istintaq davam etdirilmişdir. Hazırda mən ifadə verirəm və prokurorluğa təqdim etdiyim və edəcəyim bütün faktları burada paylaşacam.
Razi etiraf edib ki , döyüldüyünə aid 2023-cü ilin may ayında yaydığı uydurma şəkillər əslində həmin tarixə deyil və keçmiş illərə aiddir. Şər-böhtanını bərkitmək üçün, o, Türkiyədə ola-ola Bakıda tibb baxışdan keçmədən köhnə il tarixlə uydurma tibbi rəyi əldə edib və həmin rəy əsasında, özünə baxış keçirilmədən tibb ekspertizasə barədə yalançı rəy əldə edib. Maraqlıdır ki, belə ciddi pozuntuya etiraz bildirilməyib, bununla bağlı mənim etirazımı və vəsatətimi istintaq rədd edib, halbuki fiziki baxış keçmədən, fotoşop şəkil əsasında necə rəy almaq olar?!
Üstəlik 2022-ci ilin sentyabr ona tərəfimdən işgəncə verildiyi barədə şikayət edən Razi, əslində növbəti gün üzündə heç bir xəsarət olmadan bir neçə şəhər restoranlarında olmuş və gözəllik salonunun isçiləri ilə il dönümünü təmtəraqla klubda keçirmiş, sonda isə məni ittiham etdiyinə baxmayaraq, onu klubdan götürüb evinə özü ilə birlikdə getməyi xahiş etmişdir. Həmin günlərdən Razinin üzündə heç bir xəsarət olmadığını əks edən görüntülərimiz vardır. Biz bu uydurma tibbi rəy və və fiziki baxışdan keçməməsi ilə bağlı şikayəti qaldıranda, istintaq və istintaqa prosessual nəzarəti həyata keçirən prokuror şikayətimizi qərəzli şəkildə rədd etmişdir. Bu isə məndə əsaslı şübhələr doğurur ki, ya  Razini himayə edən kimsə var ki , istintaqa vəzifə səlahiyyətindən sui-istifadə edərək təzyiq göstərir, ya da kimsə Razini bəhanə edib məndən şəxsi qisas almaq istəyir. İstintaq orqanı cavab məktubunda mənim təqsirimi qismən etiraf etdiyimi iddia edir, lakin bu absurddur, çünki mən 20.11.2023 dək heç bir ifadə verməmişəm və heç bir sənəddə özümü təqsirli bilməmişəm. Belə rədd cavablardan biri burada paylaşılır. Bununla bağlı ailəmlə həyat yoldaşım Baş Prokurorluqda qəbulda olmuş və orada pozuntuların araşdırılması və aradan qaldırılmasına söz verilmişdir. Raziyə kimin himayə etməsi,  istintaqın gedişatı və prokurorluğun münasibəti haqda yeni məlumat növbəti paylaşımlarda işıqlandırılacaq.

Şərhlər

XƏBƏR LENTİ