SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

Tarix:

12-10-2023, 18:55

/ 545 dəfə oxundu.
BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

 Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini dayandırıb.

Buna səbəb “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının ROK-un tərkibinə daxil olmalarıdır.

Bu barədə məlumat verən BOK-un mətbuat xidmətinin rəhbəri Mark Adams bildirib ki, ROK-un fəaliyyəti növbəti bildirişə qədər dayandırılıb:

“Bu qərar o deməkdir ki, ROK artıq Milli Olimpiya Komitəsi kimi fəaliyyət göstərə və olimpiya hərəkatından maliyyə dəstəyi ala bilməz”.

Qeyd edək ki, “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuraları oktyabrın 5-də Rusiya Olimpiya Komitəsinin üzvü olub.

Şərhlər

XƏBƏR LENTİ