SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “İnci” firmasından incə kələk - İTTİHAM VAR

“İnci” firmasından incə kələk - İTTİHAM VAR

Tarix:

10-07-2017, 19:44

/ 52 983 dəfə oxundu.
“İnci” firmasından incə kələk - İTTİHAM VAR

Azərbaycanda kağız istehsal olunmadığı halda, bu firma ASSİS markalı A4 formatda kağızın bağlamasınда niyə “Made in Azerbaijan” brendindən istifadə edir?
Azərbaycanda yeni iş yerlərinin açılması əlbəttə, müsbət haldır. Elə hörmətli prezidentimiz cənab İlham Əliyev də müxəlif iş adamlarına, sahibkarlara bu barədə bir neçə dəfə müraciət edib. Bu müraciətin əsasında bəzi iş adamları doğrudan da, yeni istehsal sahələri yaratmaqla, prezidentin göstərişlərinə əməl edirlər. Ancaq bəzi sahibkarlar isə demək olar tamam ayrı yolu tutublar. Buna el dilində biclik deyirlər.
Bakıda fəaliyyət göstərən “İnci” firması da məhz belə incə biclik yolunu tutaraq, gözdən pərdə asmaq istəyir.
Bildiyimiz kimi, Azərbaycanda kağız istehsal olunmur. Qəzetçi olduğumuzdan bilirik ki, bütün növ ofset kağız məhsulları xaricdən gətirilir. Əlbəttə, biz də istərdik ki, iş adamları bu barədə ciddi düşünsünlər və Azərbaycan da kağız istehsalçısı olan dövlətlərin sırasına qoşulsun. Ancaq “İnci” firması, yuxarıda dediyimiz kimi, incə bir biclik işlədərək, birdən-birə kağız istehsalçısına çevrilib. Təəccüblü deyilmi?
Hamının istifadə etdiyi A4 formatda və “İnci” firmasının istehsalı olan ASSİS markalı kağız bağlamasının arxasında “Made in Azerbaijan” yazılıb. Əlbəttə, Azərbaycan markası ilə xaricə kağız ixrac etmək, müsbət haldır və alqışlanasıdır. Amma yuxarıda qeyd etdiyimiz kimi, axı Azərbaycanda kağız istehsal olunmur? Bəs onda “İnci” firması bu kağızı harada istehsal edir və niyə camaatı aldadır?
Əldə etdiyimiz məlumata görə, “İnci” firmasının başbilənləri hazır kağız məhsulunu xaricdən alırlar və onu burada A4 formatında doğrayıb, üzləyirlər. Üstündə ASSİS, arxasına isə “Made in Azerbaijan” sözlərini yapışdırırlar. İndi özünüz fikirləşin, məgər bu kağızı “İnci” firması Azərbaycanda özü istehsal edir? Əlbəttə ki, yox. Xaricdən gətirilən məhsula “Made in Azerbaijan” etiketi yapışdırıb satmaq nə dərəcədə düzgündür? Səlahiyyətli qurumlar bu firma ilə ciddi maraqlanmalıdırlar. Əldə etdiyimiz məlumatlara görə, “İnci” firmasının digər qanunsuzluqları da var ki, bu da araşdırılsa, ortaya çıxacaq. İndi biz bu yöndə bir jurnalist araşdırması aparırıq. Aldığımız məlumata görə, bu firma rəhbərliyinin arxasında yüksək vəzifə tutan bir qadın və bir kişi dayanır. Həmin vəzifəli şəxslərin adları bizə məlumdur, amma araşdırmamız tam başa çatmadığından onların adını açıqlamaq hələlik məqsədə uyğun deyil. Yaxın vaxtlarda araşdırmamızın nəticəsi olaraq, “İnci” firmasının qanunsuz əməllərini incələyib, çox maraqlı yazı ortaya qoyacağıq. Aydın edəcəyik ki, firmanın həmin kağızları gömrükdən keçirməsi, nə məqsədlə “Made in Azerbaijan” brendindən istifadə etməsi, vergi orqanları ilə hansı münasibətlər qurması və s. Necə əldə edilir…

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ