SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Bakı ilə İrəvan arasında sülh sazişi region dövlətlərinin xeyrinə olacaq" - TBMM sədri

"Bakı ilə İrəvan arasında sülh sazişi region dövlətlərinin xeyrinə olacaq" - TBMM sədri

Tarix:

28-09-2023, 19:09

/ 683 dəfə oxundu.
"Bakı ilə İrəvan arasında sülh sazişi region dövlətlərinin xeyrinə olacaq" - TBMM sədri

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bütün region dövlətlərinin xeyrinə olacaq".

Bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Dublində keçirilən Avropa Şurası Parlament Sədrləri Konfransının 1-ci sessiyasında çıxışı zamanı deyib.

O, Qarabağ bölgəsinin erməni işğalından azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib:

“Nəticədə Azərbaycan 44 günlük Vətən Müharibəsi zamanı öz torpaqlarını müstəqil şəkildə azad etdi”.

Kurtulmuş əlavə edib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması regionun bütün ölkələrinin xeyrinə olacaq. O, Zəngəzur dəhlizinin açılmasının bütün regional aktorların maraqlarına cavab verdiyini də vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ