SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB

“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB

Tarix:

28-09-2023, 14:29

/ 633 dəfə oxundu.
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB

Cari ayın 13 tarixli  sayında “İsmayıllı və Masallı meşələrində ifşa olunan mütəşəkkil dəstələr   nazırin  karyerasına son qoya bilər” başlıqlı məlumat xarakterli yazımızda Masallı və İsmayıllının meşə və “Şahdağ” milli Parkında kütləvi formada kəsilən meşə cinsli ağacları məhv edən dəstələrin ifşa olunmalarından və hazırda aparılan istintaq zamanı ETSN 6 saylı Dövlət Ekologiya İdarəsinin müdiri Namiq Yusifov və İsmayıllı Regional Meşə Təsərrüfatının özündənrazı, və “pensioner komissar” müdiri Quliyev Rəsulun çox sərbəst surətdə meşələrimizi məhv edən mütəşəkkil dəstə olan “meşə quldurları” ilə əlaqələrinin olub olmaması barədə məlumat vermişdik. Bu məqaləmizdən qeyzlənən Yusifov Namiq bir neçə gün əvvəl bizimlə əlaqə yaradaraq İsmayıllıda bütün meşələrin göz bəbəyi kimi qorunmasından və bizim məlumatın tam əsassız olması barədə öz iradını bildirmişdir. Və hətta bir az da irəli gedərək bizi yalan və əsassız məlumat yaymağa görə söyüş sahibi ola biləcəyimizi də nəzərimizə çatdırmışdır. Biz də mətbu orqan olaraq ETSN 6 saylı Ekologiya İdarəsinin rəisi Yusifov Namiqin nəzərəinə baş vermiş ekoloji cinayət hadisəsini daha ətraflı formada ictimaiyyətə təqdim edəcəyimizə söz vermişik: 

Yusifov Namiq 7 aydır ki, bu vəzifəyə təyinat alıb. Əslən Şəki şəhərindən olduğuna görə dövlətdən aldığı 970 manat əməkhaqqı ilə son 6 ildə Şəkidə çoxsaylı biznes obyektlərinə sahib olmuşdur. Bu barədə dövri mətbuatda jurnalistin sualını isə özünəməxsus formada sualla cavablandırmışdır ki, “Bə mənim obyektlərim olmasın, onda kimin olsun?”.
Ötən sayımızda İsmayıllının İstisu kəndi yaxınlığındakı “Şahdağ”Milli Parkının İsmayıllı Bölməsinə aid meşəli dağlardan son 7 aydır ki, Elçin adlı şəxsin sifarişləri əsasında dövlət qeydiyyat nişanları olmayan “Zil” və “QAZ -66” markalı yük avtomobilləri vasitəsilə uzunluğu 1.4 metr, diametric 44-76 sm olan yeni kəsilib yerində doğranmış fıstıq cinsli meşə materialları İsmayıllı şəhərində Ekologiya İdarəsinin yaxınlığında yerləşən taxta sexinə emal üçün daşınmışdır. Bu barədə İstisu kəndindəki mənbələrimiz qeyd edirlər ki, əvvəllər də bu barədə Ekologiya nazirliyinə və yuxarı orqanlara dəfələrlə şikayətlər etsək də xeyri olmamışdır. Təxmi nən 1 ay əvvəl  DİN-nin 102 xidməti”nə edilən şikayətdən sonar məsələ nəzarətə götürülmüş, şikayətin əsaslı olması təsdiqini tapdıqdan sonara təşkil edilən əməliyyat nəticəsində hüquq-mühafizə orqanları “Şahdağ” Milli Parkında qırılan çoxsaylı ağacların kəsilməsini müəyyən etmiş, 18 kub m həcmdə kəsilmiş və sexə gətirilən ağaclar müsadirə edilmişdir. O da məlum olmuşdur ki, kəsilən ağacları Elçin sifarişlər əsasında taxta yeşiklər düzəltməklə iş adamlarına satmaqla məşğul olurmuş.

Bu fakta arayış verən Yusifov N isə qeyd edir ki, İsmayıllı Regional Meşə İdarəsində 1 dənə də olsun ağac mənim dövrümdə kəsilməyib. Bu adamı başa sala bilmədik ki, “Şahdağ” Milli Parkı daha yüksək səviyyədə qorunmalıdır və bu iş də sizin rəhbərlik etdiyiniz 6 saylı Ekologiya İdarəsinin vəzifəsinə daxildir. Necə ola bilər ki, aylarla gecə və gündüz yerli camaatın gözü önündə nömrəsiz yük avtomobillərilə daşınan yeni kəsilən fıstıq ağacları barədə sadə vətəndaşlarımız ETSN-ə şikayətlər edir, amma N.Yusifovun bundan “XƏBƏRİ OLMUR”. Axı Milli Parkdan kəsilən bütün ağac materialları nömrəsiz avtomobillərlə elə Regional İsmayıllı Regional Meşə İdarəsinin ərazilərindən keçərək İsmayıllı şəhərinin  6 saylı Ekologiya İdarəsinin yaxınlığında yerləşən Elçinin icarə götürdüyü taxta sexinə aylardır daşınmışdır. Bu olay bizə məşhur Mark Tvenin yazdığı “Ağ filin oğurlanması” hekayəsini bir daha yada salır.  Və bundan sabiq “voenkom”, indiki İsmayıllı RMTM-nin müdiri Quliyev Rəsulun   xəbəri olmayıb. Çox qəribdədir. Deyilənə görə ona görə bu qanunsuz yüklərdən meşə müdiri R.Quliyevin xəbəri olmur ki, hər yük avtomobili sürücüsü 100 manat xərc çəkir, eləcə də 6 saylı Ekologiya İdarəsinin də ona görə “xəbəri olmur ki,” hər ağac dolu yük avtomobilinə görə sürücü 40 manatından keçməli olurlar. Yoxsa ki, “qazdan ayıq” müdirlərin və onların onlarla işçilərinin gözlərindən yayınmaq əsla mümkün deyil. Budur, yerli  sakinlərin şikayətlərindən sonra yük avtomobili sürücüləri də, ağacları kəsib yerində arxayınçılıqla doğrayanlar da, onları avtomobillərə yükləyənlər də, taxta sexinin sahibi Elçin də cəmi 13 nəfər şəxs saxlanılaraq naməlum istiqamətdə aparılmışlar. Çox güman ki, “Şahdağ” Milli Parkının İsmayıllı Bölməsində bu miqyasda törədilmiş ekoloji  terror görə  cinayət işi açılacaqdır. İsmayıllı şəhərindəki, taxta sexində də yarım doğranmış yaş formada ağaclar və hazırlanmış çoxsaylı taxta yeşiklər də aşkar edilmişdir. 
Elçinin taxta sexindəhazırlanan taxta yeşiklər
Bəli, biz 2021-ci ilin martında da növbəti yazımızda Yusifov Namiqin ETSN 7 saylı Ekologiya İdarəsinin müdiri olarkən də eyni mənzərəni Qaxın Güdüllü kəndinin sakinləri tərəfində də qeyd edildiyi bildirilmişdik. Belə ki, Qax rayonu Çüdüllü kəndinin meşələri kütləvi şəkildə qırılmasının qarşısını almaq üçün kənd sakinlərinin Qax.org.az saytına verdiyi məlumata görə, 2021-ci ilin fevralında 1 həftədir ki, kəndin meşəlik sahələrindəki çoxillik ağaclar kütləvi şəkildə qırılır və naməlum istiqamətə daşınır.
Yerli icra hakimiyyətinin və icra nümayəndəliyinin göz yumduğu bu meşə soyqırımında deputat Azər Kərimlinin yaxın adamları yaxından iştirak edirlər.”

Güdüllü meşəsi, sakinlər meşə qorumaq üçün yoluna beton bloklar qoyublar
Çıxılmaz vəziyyətdə qalan kənd sakinləri meşənin girişinə beton baryerlər qoyublar ki, meşə cəlladları əraziyə daxil ola bilməsinlər.”  Bəli, 2 il əvvəl də Yusifov Namiq şəxsi maraqları naminə öz vəzifə borcunu indi İsmayıllıda olduğu kimi yerinə yetirməmişdir.
Lakin 2021-ci ilin iyul ayında Qax rayonun Qıpçaq kənd bələdiyyəsinin ərazisində kəsilən qovaq ağaclarına görə bizim qohumumz olan İbaxlı kənd sakini Abdullayev Kamran Mövlüd oğlunu 28000 manat cərimə aktı yazaraq polisə vermişdır. Qax rayon Prokurorluğu da cinayət işini başladarq sənədləri məhkəməyə təqdim etmiş və Kamran həbsə atılmışdır. Yalnız Kamranının atası 5000 mant xərc çəkdikdən sonar oğlu  azadlığa çıxa bilmişdir. Bəli, N.Yusifov kasıb və imkansız adamları dərhal cəzalandıraraq vəzifəsini ləyaqətlə və vicdanla da yerinə yetirən vaxtlar olmuşdur. Lakin deputat Azər Kərimli, son 20 ildə Qax meşələrinin axırına çıxana qədər cıqqırını da çıxara bilməmişdir.

Qobustan. Ceyrankeçməz çayı arxasında dağ sökülüb                   Qobustan. “Diribaba” dağı arxasındakı dağ suxuru sökülüb daşınıb
Bu ilin may ayında Qobustan rayonun mərkəzinə yaxın olan “Dirbaba” dağının arxasındakı suxurlu dağın və Ceyrankeçməz çayının gündoğar hissəində yerləşən yüksək bərk suxurlu dağın yer səthindən 30 m aşağıya kimi qazılıb daşınması barədə ETSN-nə göndərdiyimiz sorğuya yenə də 6 saylı Ekologiya İdarəsi formal rəsmi  cavabında bildirmişdir ki, yerlərə baxış keçirilmiş və yazılanlar öz əsdiqini tapmamışdır. Bəli, ona görə ki, Nərimankənd sakinlərinin gözləri önündə hər gün bu dağ suxurları dolu 300 yük yük avtomobili ilə daşınmış və 2016-cı ildə Bakı-Şamaxı yolunun yol yatağına doldurulmuşdur. Və icraçı təşkilat olan “Polat Yol Yapı” hər iki dağı 3 milyon manat rüşvət hesabına satın alıb materialından istifadə etmişdir. Yusifov Namiq isə baş vermiş cinayətləri gizlədərək ETSN rəhbərliyinə saxta və əsassız məlumat vermişdir. Necə deyərlər, “Görünən dağa bələdçi lazım olmadığı” deyilsə də, “Dirbaba” dağını “görünməz” etməklə atalar misalına yeni məzmun vermişdir.
Davamı var. Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu
  

Şərhlər

XƏBƏR LENTİ