SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qırmızı Kitaba daxil olan agaclar məhv edilib, yerində restoran tikilib - NAZİRİN NƏZƏRİNƏ...

Qırmızı Kitaba daxil olan agaclar məhv edilib, yerində restoran tikilib - NAZİRİN NƏZƏRİNƏ...

Tarix:

28-08-2023, 11:33

/ 476 dəfə oxundu.
Qırmızı Kitaba daxil olan agaclar məhv edilib, yerində restoran tikilib - NAZİRİN NƏZƏRİNƏ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazilərinin satılması halları kütləvi hal alıb.

Xalqxeber.az bildirr ki, AzToday.az-a daxil olan məlumata görə, təxminən 1 ay əvvəl Masallı rayonun Qəriblər Meşəbəyliyinin 8 saylı dolayında Qırmızı Kitaba daxil olan Azad ağacları kökündən çıxarılaraq məhv edilib. Belə ki, Qəriblər kəndinin mağistral yol keçən hissəsində yerli sakinlərin Nil Bağı adlandırdığı yer iş adamlarından birinə satılıb. Həmin ərazidə olan onlarla Azad ağacı məhv edirilərək yerində restoran tikilməyə cəhd edilib. Xeyli əsaslı tikinti işləri görülüb.

Redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, meşə ərazisində qanunla qadağan olunan əsaslı tikinti işlərini 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi deyil, Masallı rayon İcra Hakimiyyəti dayandırıb. Prosesin ən ilginc tərəfi isə odur ki, iş adamının Azad ağaclarını məhv etməsi ilə bağlı hələ də 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hüquq-mühafizə orqanlarına müraciət etməyib. Mənbə bunu idarə rəhbərliyinin merkantil maraqları ilə izah edir. Çünki meşə ərazisində hər-hansı bir obyektin tikintisi ekologiya idarəsinin xəbəri olmadan həyata keçirilə bilməz. İddialara görə, Nil bağı deyilən ərazidə restoranın tikilməsi üçün 5 min manat alınıbmış…

Restoran tikintisi icazəsiz və heç bir müqavilə bağlanmadan həyata keçirilib. Məhz bu səbəbdən də Masallı İcra Hakimiyyəti prosesə müdaxilə edərək, tikinti işlərinin dayandırılmasına nail olub…

Tikinti işlərinin aparılması ilə bağlı redaksiyamızın əldə etdi görüntüləri təqdim edirik:

Qırmızı Kitaba daxil olan agaclar məhv edilib, yerində restoran tikilib
Qırmızı Kitaba daxil olan agaclar məhv edilib, yerində restoran tikilib

Şərhlər

XƏBƏR LENTİ