XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "O tibb bacısını heç vaxt bağışlamayacam..." - Doğuş zamanı ölən Turanənin SON SÖZÜ ÜRƏK PARÇALADI

"O tibb bacısını heç vaxt bağışlamayacam..." - Doğuş zamanı ölən Turanənin SON SÖZÜ ÜRƏK PARÇALADI

"O tibb bacısını heç vaxt bağışlamayacam..." - Doğuş zamanı ölən Turanənin SON SÖZÜ ÜRƏK PARÇALADI
8-07-2017, 10:15

Xəbər verdiyimiz kimi, Qara Qarayevdə yerləşən 7 saylı doğum evində həyata keçirilən qeysəriyyə əməliyyatı ananın ölümü ilə nəticələnib. Ananın ölüm hadisəsi ilə bağlı mərhumun bacısı danışıb.
Mərhum Turanə Məmmədovanın bacısı Rəşadə Məmmədova bu itkidən ailələrinin sarsıldığını, belə bir vəziyyətin yaranacağını heç gözləmədiklərini, bacısında trombosit çatışmazlığının olmadığını, deyib gülə-gülə, oynaya-oynaya doğum evinə getdiyini bildirib:
"Hazırda uşağın vəziyyəti yaxşıdır. Bu gün artıq xəstəxanadan çıxarılmalıdır. Başımız çox qarışıb, gözləmədiyimiz zərbə idi deyə heç yerə müraciət etməmişik. Onda trombost çatızmalığı da olmayıb. Çünki hamiləlik ərəfəsində, hamiləlikdən öncə analizlər alınıb, müayinə olunub, yoxlanışdan keçib, amma heç nə aşkarlanmayıb. Özü də Bakıda ən bahalı xəstəxanalara, ən ad-sanlı həkimlərə müraciət edib. Doğum evinə də gülə-gülə, sevinə-sevinə, oynaya-oynaya getmişdi. Çox sevinirdi ana olacağı üçün. Elə hey deyirdi ki, çoxlu uşaqlarımın olmasını istəyirəm. Hər il bir uşağım olsun deyirdi".
Rəşadə Məmmədova şəhid ataları ilə eyni yaşda 27 yaşda dünyasını dəyişən bacısının həkimlərinin onlara ölümlə bağlı heç nə demədiklərini, bacısının öncədən öldüyünü lakin həkimlərin bunu onlardan gizlətdiyini də söylədi:
"Mənim atam da 27 yaşında Ağdam-Ağdərə istiqamətlərində gedən döyüşlərdə şəhid olmuşdu, bacım da 27 yaşında dünyasını dəyişdi. Ölümünə nə səbəb olub, bilinmir. Bizə də heç nə deyilmir. Elə deyirdilər ki, qan vururuq yoxa çıxır, hara gedir, necə yoxa çıxır araşdırıb tapa bilmirik. Hər həkim bizə bacımın ölümü ilə bağlı bir söz deyir. Ən sonda bacıma trombosit olan qan vurdular. Çox bahalıydı, amma damarındaca dünyasını dəyişdi.
Bacım öncədən ölmüşdü, yalandan ağzına oksigen aparatı qoyub saxlayırdılar. Nə edəcəklərini bilmirdilər. Əməliyyatı edən Səbinə adlı həkim idi, soyadını bilmirəm. O da bizə heç nə demədi. Konkret olaraq bacımın ölüm səbəbi barədə bizə məlumat verilmir. Ekspertizanın nəticələrini də bizə verməyiblər. Morqdan da heç nə demirlər bizə. Yoldaşı gedib xəstəxanadan cavabları götürməli idi. O da deyir ki, hamısı həkimlərin səhlənkarlığıdır. Çünki hamiləlikdən öncə də, hamiləlik ərəfəsində də bütün yoxlanışdan keçib, onda heç bir problem olmayıb. Nə olubsa əməliyyat zamanı olub. Çünki indiyə qədər onda şiş (kista) olduğu aşkarlanmamışdı. Heç bir analizində, yoxlanışında belə bir cavab yoxdur. Amma əməliyyat edən həkim deyirdi ki, şişi vardı, kəsib götürdük".
"Mən orada olan bir tibb bacısı var idi, onu heç vaxt bağışlamayacağam. Çünki bacım əməliyyatdan çıxandan sonra pəncərədən baxdıq, gözünü açıb-yumurdu. Bizə də ordan dedi ki, ağrıdan ölürəm. Nə qədər tibb bacısına yalvardım ki, gedim bacımı görüm qoymadı. Buraxmadı ki, son dəfə ona toxunum, ona yaxınlaşım. Tibb bacısı pəncərəni üzümə bağladı. Ondan sonra bildim ki, bacıma nəsə olub. Çox keçmədi ki, bacım dünyasını dəyişdi. O tibb bacısını ömrümün sonuna qədər bağışlamayacam. Ad soyadını bilmirəm, amma üzdən tanıyıram" deyə mərhumun bacısı üzüntüsünü ifadə edib.

BiG.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.