SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Başçı Raqub Məmmədovun yaxın qohumunun qəza müəmması: Hadisə gizlədilir?

Başçı Raqub Məmmədovun yaxın qohumunun qəza müəmması: Hadisə gizlədilir?

Tarix:

7-07-2017, 15:30

/ 115 054 dəfə oxundu.
Başçı Raqub Məmmədovun yaxın qohumunun qəza müəmması: Hadisə gizlədilir?

"Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun qardaşı oğlu ağır yol qəzası törədib".
Bu barədə rayondakı mənbə məlumat verib.
Məlumatda bildirilir ki, başçının qardaşı Şahin Məmmədovun oğlu (adını dəqiqləşdirə bilmədik - red.) ailələrinə məxsus "Uğur" MMC adlı tender şirkətinin adına alınmış 02 AA 020 dövlət nömrə nişanlı "Prado" markalı avtomobillə Mingəçevirdən gələrkən Bərdə-Ağdam yolunun Bərdənin Soğanverdi kəndi ərazisindən keçən hissəsində ağır qəzaya səbəb olub.
Şahidlərin sözlərinə görə, başçının qardaşı oğlu tərəfindən idarə olunan avtomobil yüksək sürətlə hərəkət edirmiş. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə Bərdə rayon ərazisində baş versə də, qəzanın "araşdırılması" işinin Ağdam DYP-sinə verildiyi bildirilir. Mənbə bildirir ki, Raqub Məmmədov qardaşı oğlunu xilas etmək üçün işi özünün rəhbərlik etdiyi rayona gətizdirib.
Məsələnin böyüməsindən, ölkə rəhbərliyi səviyyəsinə qalxmasından çəkinən icra başçısı yaralıları prezident və xanımı tərəfindən açılışı edilmiş Ağdam rayon Mərkəzi Xəstəxanasına yox, hərbi hospitala yerləşdirib. Hazırda onların müalicəsi davam edir.
Xəbəri dəqiqləşdirmək üçün Bərdə rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən bildirdilər ki, onlara bu barədə məlumat daxil olmayıb: "Yəqin ki, hadisə Ağdam rayonu ərazisində baş verib ki, işin araşdırılması onlara verilib. Bizdə bu barədə məlumat yoxdur".
Ağdam DYP-sinin rəisi Vasif Məmmədov açıqlamasında belə bir qəzadan xəbərsiz olduğunu dedi: "Bizə belə bir məlumat daxil olmayıb".
Qəzanın baş verdiyi əraziyə yaxın olan Tərtər DYP-sindən də bizə bildirdilər ki, 02 - AA - 020 dövlət nömrə nişanlı avtomobilin qəzaya düşməsi ilə bağlı məlumatları yoxdur.

Qaynarinfo.Az

Şərhlər

XƏBƏR LENTİ