Çingiz Abdullayevdən jurnalistlərə sərt sözlər: - "Adamı biabır edirlər"
“Bəzi jurnalistlər fikirlərimi təhrif edirlər. Dediyim söz qalır kənarda, özlərindən uydurub yazırlar”
Bunu açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev deyib. O, haqqında qərəzli xəbərlər yayan KİV nümayəndələrini obyektiv olmağa, peşəkarlıq nümayiş etdirməyə çağırıb:
“Bir söz deyirsən, başqa söz yazırlar. Bu yaxınlarda mənim videomu yayıb, titrlarda fikirlərimi dəyişmişdilər. Belə şeylər adamı iyrəndirir. Onlara nə deyim mən? Yaza bilmirlər, özlərini biabır edirlər. Moskvadan mənə zənglər gəlmişdi ki, haqqında belə sözlər yazıblar. Bu, insanlığa sığmayan haldır. Deyirəm ki, bu hadisə vəhşilikdir. Yazır ki, onlar hamısı vəhşidir. Deyirəm ki, belə etmək olmaz. Yazırlar ki, onlar belə etdilər.
Adam danışmağa qorxur. Videoda mən danışıram, aşağıda isə başqa fikirlər qeyd olunur. Bundan sonra adam heç danışar? Nə deyirəmsə, onun əleyhinə yazırlar. Mənim dediklərimi dəyişib, başqa mənada yozurlar. Adamı biabır edirlər.
Bu yaxınlarda “Neftçi” klubu ilə bağlı məlumatlar yayılımışdı. Ukraynada axmağın biri demişdi ki, 1966-cı ildə “Neftçi” pul verərək qalib gəlib. Markarov bildirdi ki, bu yalandır. Mən də dedim, görürsünüz, yalan məlumatdır. Bunu çevirib başqa formada təqdim etdilər. Dedilər ki, guya Çingiz Abdullayev erməniləri sevir. Bu adamlara nə deyim axı?”.
AzVision.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?