SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İkisi general olmaqla 5 idarə rəisi vəzifədən azad edilib - Siyahı

İkisi general olmaqla 5 idarə rəisi vəzifədən azad edilib - Siyahı

Tarix:

1-08-2023, 12:36

/ 333 dəfə oxundu.
İkisi general olmaqla 5 idarə rəisi vəzifədən azad edilib - Siyahı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş idarələrinin rəisləri tutduqları vəzifədən azad olunaraq, Xidmət rəisinin sərəncamına götürülüblər.

Bu barədə Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

O bildirib ki, həmin sözügedən Baş idarələrin sayı beşdir və onlar ləğv olunmayıb.

Vəzifəsindən azad olunan idarə rəisləri isə aşağıdakılardır:

Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov

Kadrlar Baş İdarəsini rəisi general-mayor Azad Əliyev

Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi polkovnik Famil Aslanov

Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi polkovnik Anar Əliyev

Səfərbərlik Baş İdarəsinin rəisi polkovnik Vəli Rzayev.

Şərhlər

XƏBƏR LENTİ