Qəbələdə narazılıq yaradan KİMLƏRDİR? - GİLEY
Qəbələ rayon sakini Ağayeva Telli Mahir qızı tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Qəbələdə sosial müavinat ancaq imkanlı şəxslərə verilir:
"Mən, Ağayeva Telli Mahir qızı, yazaraq sizdən xahiş edirəm ki, məktubumu ictimailəşdirəsiniz.
Yoldaşım fəhlə işləyir, özüm də 1 N-li çörək zavodunda işləyirəm. Adımıza torpaq, maşın, heç nə yoxdur. Əslim Ağdam rayonundandır. Sosial Müdafiə Fonduna 1-ci dəfə müraciət etdim, səbəbini bildirmədən, mənə 25 gün sonra "xeyr" cavabı gəldi.
Ailəm 6 nəfərdən ibarətdir. Yenidən müraciət etdim ki, mənə niyə düşmür, onu deyin, cavab verə bilmədilər. Ancaq məsləhət gördülər ki, yenidən müraciət edin.
May ayının 17-də yenidən müraciət etdim, hələ də xəbər yoxdur. Ailə tərkibim bəllidir, evimə girən qazanc da bəllidir. Bəs niyə cavab yoxdur, bəlli deyil.
Biz ailəlikcə belə başa düşürük ki, Sahil Babayev aztəminatlı ailələrin kökünü kəsmək istəyir. Bu səbəbdən də sosial müavinət kasıblara düşmür, ancaq imkanlı şəxslərə düşür.
Sahil Babayev imkanlıların dostu, kasıbların isə düşmənidir”.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı