XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib - Avropa Oyunları

Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib - Avropa Oyunları

Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib - Avropa Oyunları
30-06-2023, 10:21

Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Azərbaycan 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.

İlk “üçlük”də isə növbəti dəfə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) yenidən ikinci pilləyə yüksəlib. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü sıraya geriləyib.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.