Vətəndaş "German Hospital"ın qarşısında üsyan etdi: "Həyat yoldaşıma iynə vurub şok vəziyyətə salıblar" - VİDEO
"Bizim xəstənin vəziyyəti ağırdır, ölümcül haldadır, deyiller ki, hara istəsəz aparın, bunlar kimə güvənir? bunların arxasında kim dayanır?"
"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri "German Hospital"ın qarşısında etiraz zamanı vətəndaş Zeynalov Vüsal bildirib.
Vətəndaş iddia edir ki, sözü gedən hospital onun xəstəsini vermir.
"Görün bunlar nə qədər harınlayıb. Təbibə müraciət etmişəm, polisə müraciət etmişəm, nəticə yoxdur. Bütün sosial şəbəkələrdən, mediadan xahış edirəm, paylaşın mənə dəstək olun, burada mənim həyat yoldaşmı öldürürlər, elə iynə vurublar hal-hazırda şok vəziyyətindədir, şokdan ayıla bilmir.
Adiyyəti qurumlardan xahış edirəm, bunlar haqqında tədbir görsünlər."
Sonda "İlham həkim, Məriyyəm həkimdir, hər kimdir, xahış edirəm, araşdırıb bunlar haqqında ölçü gösürülsün" - deyən vətəndaş Vüsal Zeynalov qeyd edib.
Daha ətraflı video:
"Azərbaycan Reallığı" qarşı tərəfin də mövqeyin tanıyır.
AZƏRBAYCANREALLIĞI.COM

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı