Çexiyanın məşhur şəhərində villa alan azərbaycanlılar - Allahşükür Paşazadə, deputat Adil Əliyev və...
Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.
Bu barədə "Açıq Rusiya” təşkilatının saytı yazıb.
Mənbənin verdiyi məlumata görə, Boris Nemtsovun iştirakı ilə 2014-cü ildə yaradılmış "Bələdiyyə skaneri” korrupsiya əleyhinə könüllülər layihəsi məsələ ilə bağlı öz araşdırmasını aparıb.
Layihə iştirakçıları Çexiyanın daşınmaz əmlak və ticarət reyestrinin köməyi ilə şəhərdəki bütün ünvanları analiz ediblər. Nəticədə, məlum olub ki, əmlakın təxminən 50%-i keçmiş SSRİ respublikaları olan ölkələrin – Rusiyanın, Ukraynanın, Azərbaycanın, Qazaxıstanın və Qırğızıstanın vətəndaşlarının payına düşür.
Tədqiqat zamanı bəlli olub ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycanda tanınmış simalar da var. Belə ki, burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı, Milli Məclisin üzvü Cavanşir Paşazadənin də adlarına rast gəlmək mümkündür.
Karlovı Varının mərkəzində Milli Məclisin daha bir deputatı – Adil Əliyevin də daşınmaz əmlakı mövcuddur.
Araşdırmanın müəllifləri Rusiya, Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşlarına məxsus mənzil və villaların onlarla ünvanının qeyd olunduğu interaktiv xəritə də hazırlayıblar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır