SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eldar Mahmudovun əmlakı belə bölüşdürülür... - İDDİA

Eldar Mahmudovun əmlakı belə bölüşdürülür... - İDDİA

Tarix:

3-07-2017, 11:38

/ 56 593 dəfə oxundu.
Eldar Mahmudovun əmlakı belə bölüşdürülür... - İDDİA

Sabiq MTN şefi Eldar Mahmudovun intəhasız səlahiyyətlərindən sui-istifadə edərək Bakının Səbail rayonu ərazisində yağmaladığı torpaqların bir qismi kəmfürsət məmur kontingenti tərəfindən zəbt edilib.
Bu barədə redakiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, təxminən bir ildir ki, sabiq nazirə məxsus torpaqların bəzi məmurlar tərəfindən ələ keçirilməsi prosesi başlayıb ki, qamarlama bu gün də davam etməkdədir. "Oğrudan oğruya halaldır" prinsipi ilə hərəkət edən məmurlar arasında bu torpaqlarda villa tikən də, ictimai iaşə obyekti inşa edənlər də var.
Mənbənin sözlərinə görə, sözügedən prosesdə E.Mahmudov üçün ən ağrılı məqamlardan biri bəzən onun torpağı üstündə digər məmurlar arasında mübahisə və qarşıdurmaların yaşanması ilə bağlıdır. Hansı ki, bu mübahisələrdən bəzisi E.Mahmudova məxsus torpaqların əvəzləşdirilməsi ilə həll olunub. Belə ki, E.Mahmudovun hər hansı torpağına qarşı iddia irəli sürən məmur, eyni torpaqla bağlı iddia səsləndirən məmuru sabiq nazirə məxsus digər torpaqlara yönəltməklə problemi "dostcasına həll edib".
MTN şefinin məhz Səbaildəki torpaqlarının hədəf seçilməsinin isə bir sıra səbəbi varmış. Bunlardan ən başlıcası bu ərazidəki torpaqların paytaxt və paytaxtətrafı ərazilərdəki digər yerlərlə müqayisədə daha bahalı, daha perestijli olması ilə yanaşı həm də elə vaxtilə məmurların əlindən zorla qoparılmasıdır.
Bilgili qaynağın sözlərinə görə, E.Mahmudov torpaqlarının məmurlar tərəfindən qəsb edilməsindən xəbərdar olsa da, hələ ki, baş verənlərlə bağlı heç bir reaksiya sərgiləməyib. Görünür, ictimai diqqətin "MTN işi" olayları ilə əlaqədar onun üzərində kilidlənməsinin fərqində olan sabiq nazir, hazırkı məqamda bu "işğalı" əngəlləmək məqsədi ilə hansısa addım atmağı məqsədəuyğun hesab etmir.
Məlumat üçün qeyd edək ki, E.Mahmudovla yanaşı, sabiq nazirin bir sıra yaxın qohumlarının da villası, digər dəbdəbəli obyektləri məhz Səbail rayonu ərazisində yerləşir.

Moderator.az

Şərhlər

XƏBƏR LENTİ