“Yol terroru”nda övladları qatil olub həbsə düşməyən məmurlar kimlərdi? - Şok siyahı
Azərbaycanda məmur övladlarının yol qəzalarında insan faciəsinə səbəb olmaları normaya çevrilir; Onların cəzasız qalması, həbs olunmaması məmurlarda və uşaqlarında arxayınlıq yaradır...
Bu günlərdə bir lənkəranlı avtobus sürücüsünün kiçik bir qəzaya görə həbs təhlükəsi ilə üzləşməsi bu məsələni yenidən aktuallaşdırdı.
Kimsəsiz sürücü vəzifəli bir şəxsin anasınna yüngülcə toxunsa da, şoferdən əl çəkmirlər, pulunu alıb özünü həbsə salmaq istəyirlər.
Hərçənd ki, nə ağır xəsarət var, nə də ölüm faktı. Söhbət İltimas Lətifov adlı marşrut sürücüsündən gedir. Ancaq indiyə qədər onlarla məmur oğlu bahalı maşınla adam öldürüblər.
Məsələn, Tərtərin icra başçısının müavini olmuş Vidadi Bəylərovun oğlu Elxan Bəylərli, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid, iş adamı Fizuli Fərəcovun 16 yaşlı oğlu Ağaəli Fərəcov yol qəzasında insan həyatına son qoyublar. Amma nə həbs ediliblər, nə də ağır cəza çəkiblər.
Təkcə X.Mədətov olub ki, onu da xalq artistinin nəvəsini və arvadını öldürdüyü üçün həbsə salıb, sonra əfvlə azadlığa buraxıblar.
Hökumətin iclaslarından birində dövlət başçısı xəbərdarlıq etmişdi ki, məmur övladları qudurğanlıq etdikdə özləri cəza almaqla yanaşı ataları da işdən çıxarılacaq. Bu, reallıqda da belə oldu.
Bundan başqa, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğluqəza törətməklə mətbuat səhifələrinə düşüb. Hadisə Pambıq Zavodunun qarşısında baş verib.
Atasının xidməti 54 AA 001 nömrə nişanlı "Prado" avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki "VAZ 06" markalı "jiquli"ni əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən "Jiquli"lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.
"Dövlətqaçqınkom"un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu yol qəzası törədib. Onun idarə etdiyi "Mersedes" markalı maşın KAMAZ-la toqquşub. Ötmə zamanı baş verən hadisədə günahın məmur oğlunda olduğu bildirilir.
Hətta bunu özünün Facebook profilində də qeyd edən həmin gənc təsdiq edib ki, hadisə avtoxuliqanlıq etdiyi zaman reallaşıb və günah da özündə olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?