Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi
Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.
Xalqxeber.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Nəsimi rayon
Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Məmmədov tutduğu vəzifədən azad edilib. O, Səbail Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.
Xətai rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki N.Həsənov isə vəzifədən azad edilərək Nəsimi rayon Mühafizə İdarəsinin rəisi postuna gətirilib.
Bundan başqa Suraxanı Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki S.Hüseynov Xətai rayon Mühafizə İdarəsinin rəisi, Abşeron rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki A.Məmmədov isə Suraxanı rayon Mühafizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı