Sabunçu icra başçısının müavinlə mühasibi işdən qovmasının şok təfərrüatı
Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri - RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad etməsinin təfərrüatı üzə çıxıb
Verilən xəbərdə iddia olunur ki, icra başçısı Adil Vəliyev baş mühasiblə müavinin maliyyə məsələsində gizlinlərinin üstünü açıb.
Hər iki qadının hansısa maxinasiyalarda əlinin olduğu aşkarlanıb. İşdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri - RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.
A.Məmmədova RİH başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb.
İddialara görə, A.Vəliyev müavinlə baş mühasibin əməllərini gizli şəkildə təftiş edib. Araşdırmalar zamanı onların birgə maliyyə “işləri” ortaya çıxıb.
İcra başçısı təcrübəli biznesmendir və mühasibatlıq işini yaxşı bilir. Onun Bakıda geniş biznes şəbəkəsinin olduğu sirr deyil və oğlu tərəfindən idarə olunur.
Ona görə də maliyyə işlərində A.Vəliyevin xüsusi həssas olduğu bildirilir. Yaxın çevrəsindən ona qarşı pul məsələsində hansısa yanlışlıq olduğu halda, icra başçısı dərhal cəzalandırır.
Mənbənin sözlərinə görə, hər iki xanım işçinin vəzifəsindən azad olunmasında başqa səbəblər də olub və müfəssəl məlumatlar açıqlanmır.
Verilən xəbərdə iddia olunur ki, icra başçısı Adil Vəliyev müavini Şakir Alıyevi də o zaman bəzi məsələlər ucbatından istefaya yollamışdı.
İcra başçısının keçmiş müavini haqqında olan çoxsaylı korrupsiya şikayətlərinə görə prokurorluq orqanlarında dindirilib.
Başçı müavinin dindirilməsinin səbəbi isə Sabunçu rayonundan keçən M-1 yolunun Kürdəxanı dairəsindən keçən hissəsinin sökülməsi və vətəndaşlara verilən kompensasiyanən şox hissəsinin mənimsənilməsi olub.
Belə ki, icra başçısının müavini Kürdəxanı bələdiyyəsinin keçmiş sədri Sabir Əliyevlə əlbir olaraq boş qalan əraziləri, zibilxanaları, hətda dar dalanaları belə müxtəlif şəxslərin adlarına sənədləşdirərək dövlətin külli miqdarda vəsaitinin mənimsəyiblər.
Qeyd edək ki, Kürdəxanı dairəsində baş verən qalmaqallı kompensasiya maxinasiyaları ilə bağlı şikayətlər Prezident Adminstrasiyasından tutmuş Baş prokurorluğa və digər əlaqədər dövlət qurumlarına qədər uzanıb.
Şikayətlərdən xəbər tutduqdan sonra Sabunçu icra başçısı Adil Vəliyev tez tələsik bələdiyyə sədri Sabir Əliyevi vəzifəsindən çıxardaraq onun yerinə müəllimə işləyən bələdiyyə üzvü Həqiqət Zeynalovanı sədr təyin edib.
Bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılması da baş verən səs küylü korrupsiya maxinasiyasını bir müddət sakitləşməsinə səbəb olub.
Lakin hüquq mühafizə orqanlarının işi araşdırmaqda davam etdiyini görən Adil Vəliyev məcburən növbəti qurbanını verməli olub.
Belə ki, Sabunçunun icra başçısıs Adil Vəliyev uzun illər dostluq etdiyi və biznes ortağı olan birinci müavini Şakir Alıyevlı razılıqlı şəkildə könüllü istefaya yollayıb.
Müavinin istefasını təmin etməklə Adil Vəliyev həm də, özünü sığrtalamağa çalışıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?