DİN-dən polisin rəislə bağlı iddialarına – Reaksiya
Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.
Asim Kərimov adlı şəxsin iddiasına görə, Binəqədi Rayon Polis İdarəsinə yeni təyin olunan rəis İlqar Məmmədov onu məzuniyyətdən geri çağıraraq xidmətdən xaric edib. O deyir ki, tanımadığı şəxslər tərəfindən ona böhtan atılıb: “Hazırda isə İlqar Məmmədovun göstərişi ilə avtovağzal ərazisində İsmayılov Xəqani, Kələntərli Vurğun, Bərhud Əkrəm hər bir sprinterlərdən 35-40 AZN, Vita 15-20 AZN aralığında pul yığır. Xahiş edirəm, bu barədə düzgün araşdırma üçün göstəriş verəsiniz”.
Məsələyə Daxili İşlər NAzirliyi reaksiya verib. DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib. E. Hacıyevin sözlərinə görə, o, xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib: “Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.
Oxumağa dəyər: Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"
Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir”.
Əldə etdiyimiz məlumata görə, sosial şəbəkələrdə A.Kərimov polis polkovniki, hazırda Abşeron RPİ-nin rəisi olan Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə polis orqanlarından xaric edilib.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı