SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Rahat Market”i idarə edən şirkətin borcları 40% artıb

“Rahat Market”i idarə edən şirkətin borcları 40% artıb

Tarix:

31-05-2023, 15:10

/ 232 dəfə oxundu.
“Rahat Market”i idarə edən şirkətin borcları 40% artıb

 
“Rahat” supermarketlər şəbəkəsi və “Port Baku Bazar” marketin daxil olduğu “ANC GROUP” MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “ANC GROUP”un xalis mənfəəti 2021-ci illə müqayisədə 13.8% artaraq 384 min 77 manat təşkil edib. 2021-ci ildə şirkət 337 min 524 manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin ümumi gəlirləri əvvəlki illə müqayisədə 24% artaraq 254 milyon 165.2 min manat, məcmu mənfəəti isə 34.5% artaraq 35 milyon 339.8 min manat təşkil edib. Eyni dövrdə şirkətin ümumi və inzibati xərcləri 34.5% artaraq 34 milyon 192.3 min manata bərabər olub. Beləliklə şirkət ötən il 384 min 77 manat əməliyyat mənfəəti əldə edib.

2022-ci ildə “ANC GROUP” MMC-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 26.7% və ya 21 milyon 183 min manat artaraq 100 milyon 469.9 min manata yüksəlib.

Ötən il şirkətin kreditor borcları 39,9% və ya 15 milyon 218.8 min manat artaraq 53 milyon 372.6 min manata bərabər olub. Bu dövrdə “ANC GROUP” MMC-nin cəmi öhdəlikləridə 31.3% artaraq 81 milyon 356.6 min manat olub.

Nizamnamə kapitalı 7 milyon 83 min manat olan “ANC GROUP” MMC-nin səhmlərinin 10%-Babakişiyev Cəlal Rasim oğluna, 90%-i isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD-yə məxsusdur.

Şərhlər

XƏBƏR LENTİ