SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda bu yollar da bağlanır - SİYAHI

Bakıda bu yollar da bağlanır - SİYAHI

Tarix:

22-04-2023, 10:53

/ 296 dəfə oxundu.
Bakıda bu yollar da bağlanır - SİYAHI

Bakıda daha bir neçə yol "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Şərhlər

XƏBƏR LENTİ