Laçınlı məmur dövlətin malına əl qoyub - Özbaşınalıq...
Bəzi idarə və müəssisələrdə dövlətin vəsaitinin sovrulduğu, müəyyən adlar altında mənimsənildiyi hamıya aydındır. Bu hal xüsusən də əyalət rayonlarında açıq-aşkar formada aparılır.
Bu cür rayonlardan biri də Laçın rayonudur.
Respublika Prezidenti İlham Əliyev cənablarının xüsusi diqqətində olan Laçın rayonunda çox təəssüflər olsun ki, bəzi məmurlar hələ də məsuliyyətlərini dərk etmək iqtidarında deyillər. Qlobal.az-a verilən məlumata görə, bu cür məmurlardan biri də Laçın rayonun 552 saylı MİS-nin müdiri Əlzamin Abbasovdur. Məlumata görə, Əlzamin Abbasovun müəyyən maxinasiyalar edərək özünə böyük sərvət toplaması azmış kimi indi də dövlətə aid texnikanı- "MAZ" markalı yük maşınını şəxsi təsərrüfatında işlədir.
Mənbə vurğulayır ki, Əlizamin Abbasov sərvət toplamaqdan əlavə digər "kəşf"lərlə də məşğuldur. Belə ki, qəsəbədə zibil qutularının yerində quyu qazdıran müdir bununla həm də antisanitariya vəziyyəti yaratmış olur. Vurğulanır ki, Əlzamin Abbasov kimi bir sıra məmurlar Laçın RİH-nin başçısı hörmətli Aqil Nəzərlinin etimadından sui-istifadə edirlər. Qəsəbələrə səfər edərkən RİH-nin başçısının gedəcəyi küçələr əvvəlcədən təmizlənir, küçələrin kənarına yeni rənglənmiş zibil qutuları qoyulur.
Qarşı tərəf də münasibət bildirə bilər. 



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır