SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » BALAKƏN GÖMRÜK POSTUNDA MƏNİ i LÜT SOYUNDURUB ŞƏXSİYYƏTİMİ ALCADMIŞLAR- PREZİDENTƏ ŞİKAYƏT

BALAKƏN GÖMRÜK POSTUNDA MƏNİ i LÜT SOYUNDURUB ŞƏXSİYYƏTİMİ ALCADMIŞLAR- PREZİDENTƏ ŞİKAYƏT

Tarix:

25-01-2017, 17:33

/ 5 738 dəfə oxundu.
BALAKƏN GÖMRÜK POSTUNDA MƏNİ i LÜT SOYUNDURUB ŞƏXSİYYƏTİMİ ALCADMIŞLAR- PREZİDENTƏ ŞİKAYƏT

Balakən rayon Atatürk prospekti, ev 18 mənzil 2 ünvanında yaşayan Məsiyev Elşad Zahid oğlu redaksiyaya vasitəsi ilə öklə prezidentinə ünvanlanmış şikayet ərizəsi daxil olub.

Həmin müraciəti olduğu kimi dərc edirik:

Cənab prezident!
Balakən Gömrük postunun idarə rəisi Vüqar Qismətov, post rəisi Elnur Nəcəfov, növbə rəisləri Bəhruz Məmmədov, Vüqar Pursudov, Azad adlı şəxs və gömrük postunun digər əmkdaşları adları çəkilən şəxslərin gösdərişləri ilə məni heç bir səbəb olmadan, heç bir inzibati pozuntuya yol vermədiyim halda idarəetdiyim avtomaşınımı hər dəfə Gürcüstan Respublikasına gedib qayıdanda RENTGEN APARATINA salır. Həmçinində maşınıma it salıb saatlarla məni ləngidirlər. Adları çəkilən Gömrük işçiləri bundan böyük həzz aldıqlarını da gizlətməyib Balakən rayonunda ifadə edirlər.

Bütün bunlar azmış kimi insan şəxsiyyətinin alçaldıçı davranışları ilə də seçilən gömürk işçiləri 22.01.17 23.01.17-ci il tarixdə məni lüt soyundurub, sonra bir birinə gülərməklə şəxsiyyətimi alcaldmışlar. Belə hallar dəfələrlə baş verib. Növbə rəisləri Bəhruz Məmmədov, Vüqar Pursudov, Azad adlı şəxs icazəsiz telefonumu əlimdən zorla almış məni qaynar xəttdə zəng etməyimi əngəlləmiş, maşınıma icazəsiz daxil olaraq video qeydedicimi sökmüşdür. Adları çəkilən şəxslər bütün bunları qanunsuz etmişdir.

Bəhruz Məmmədov
Elədikləri əmələ də belə bir don geyindirirlər ki, güya məndən şüpələnirlər. Artıq mən GR-dan qayıtmağa ehtiyat edirəm. Adlarını çəkdiyim Gömrük işçiləri açıq şəkildə mənə bildirdilər ki, qayıdanda da səni bu hala qoyacağıq.«Bu şəxslər DGK-in oğru qanunları ilə idarə edirlər. Azğınlaşmış DGK-nin «əməkdaşları» Balakən Gömrük postunda hər bir vətəndaşlara qarşı belə edirlər. Onların şəxsiyyətlərini alçaldmaqdan həzz alırlar. Mən həyatımdan nigaranam və məni şərləyib tutmayacaqlarınada əmin deyiləm».

Odur ki, Sizdən Azərbaycan Respublikasının vətəndaşı olaraq adlarını yuxarıda çəkdiyim Balakın gömürükçülərinin qanunsuz əməllərinin araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm!

P.S. Güman etməyə dəyər ki, DGK-nin rəisi Aydın Əliyev vətəndaşın qeyd etdiyi qanunsuzluqlara biganə qalmayıb, adları çəkilən şəxslər barəsində ciddi tədbirlər görəcəkdir.
Sonolay.org

BALAKƏN GÖMRÜK POSTUNDA MƏNİ i LÜT SOYUNDURUB ŞƏXSİYYƏTİMİ ALCADMIŞLAR- PREZİDENTƏ ŞİKAYƏT
BALAKƏN GÖMRÜK POSTUNDA MƏNİ i LÜT SOYUNDURUB ŞƏXSİYYƏTİMİ ALCADMIŞLAR- PREZİDENTƏ ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ