SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkəmizin iqtisadi gücünün nümayişi

Ölkəmizin iqtisadi gücünün nümayişi

Tarix:

17-01-2023, 11:01

/ 265 dəfə oxundu.
Ölkəmizin iqtisadi gücünün nümayişi

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.Çıxışında Prezident İlham Əliyev mühüm toplantıda iştirak etmək üçün dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürünü bildirərək, bu auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyduğunu diqqətə çatdırıb.
Azərbaycan Republikası ilə ərəb dövlətləri arasında iqtisadi, ticarət və mədəni əlaqələr inkişaf edir. Prezident İlham Əliyevin ərəb ölkələrinə səfəri, onların Azərbaycana rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın genişlənib inkişaf etdiyinin göstəricilərindəndir.  Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. 
Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi artan xətt üzrə inkişaf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb.
 Prezident İlham Əliyev daha sonra çıxışında böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik edərək   Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrildiyini və  Azərbaycandakı qardaşları olaraq, görülmüş işlərdən çox fərəhləndiyimizi bildirdi.
“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir” deyə qeyd edən Prezident bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malik olduğunu diqqətə çatdırdı .
Dövlət başçısı Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rola işarə edərək bu istiqamətdə görülən işdən də bəhs edib: "Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.
Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Ümumiyyətlə, əməkdaşlıq və əlaqələrin genişlənib inkişaf etməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması da xüsusi əhəmiyyət kəsb edir.
 
 
Könül Əfəndiyeva – YAP üzvü
 
 
 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ