Yol polisi öz oğlunu sürücülük hüququndan məhrum etdi - VİDEO
DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov öz oğlunu sərt şəkildə cəzalandırıb.
Məlumata görə, bu barədə Cəlalibad rayonunda əhali ilə keçirilən maarifləndirici görüşdə komandir özü məlumat verib. O bildirib ki, hadisə bir neçə il əvvəl baş verib:
«Mən özüm Ekoloji nəzarət üzrə yol patrul xidməti bölüyündə 2004-cü ildən 2010-cu ilədək tağım komandiri işləmişəim. O dövrdə mən özüm öz övladımı bir il müddətinə sürücülük hüququndan mərhum eləmişəm. Mənim xidməti ərazimdə hadisə törətmişdi. Oğlum hadisə törədirsə, mən başqasına qarşı tədbir görürəmsə, öz balama qarşı niyə tədbir görməməliyəm? Hadisə ilə bağlı sənədlər toplanılıb məhkəməyə təqdim edildi.
Qarşı tərəfə dəyən maddi ziyan ödənildi. Mənim də xahişim nəzərə alındı və məhkəmə oğlumu bir il müddətinə sürücülük hüququndan məhrum etdi. Hərbi xidmətə gedənə yaxın vəsiqəsini ala bildi. Mənim balam xalqın balasından seçilməməlidir. Başqasının vəsiqəsi qaytırılırdısa, mənim övladımın vəsiqəsi qaytarılmadı».
Hikmət Qafarov bildirib ki, belə şeylərə pis baxmaq olmaz: «Kiminsə qohumuna, yaxınına protokol yazırıqsa onu ölümdən, təhlükədən quratırırıq. O, bir dəfə xətaya yol verirsə, cəzalanmırsa, ikinci dəfə yenə kiməsə güvənib xəta törədəcək, sonra bu hallar tez-tez baş verəcək. Və nəhayət, bunun sonu ölüm olacaq. Ya da ayağını kəsəcəklər. Övlad valideynin, valideyn də övladın gözündə dağ olacaq».
avtosfer

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...