SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçildi - Yenilənib

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçildi - Yenilənib

Tarix:

10-11-2022, 22:23

/ 391 dəfə oxundu.
Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçildi - Yenilənib

 
Tanınmış meyxanaçı Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Qaradağ Rayon Prokurorluğu tərəfindən verilmiş təqdimata məhkəmədə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq. İstintaq orqanı tərəfindən R.Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi istənilir.

Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinir.

Məhkəmə təqdimatı təmin edib. Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, bu müddətdə Penitensiar Xidmətin tabeliyindəki Bakı İstintaq Təcridxanasında saxlanılacaq.


Şərhlər

XƏBƏR LENTİ