SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra başçıları şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR

İcra başçıları şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR

Tarix:

2-11-2022, 18:00

/ 441 dəfə oxundu.
İcra başçıları şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR

 Bu gün Bakı şəhəri, II Fəxri Xiyabanda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar Əhməd oğlunun və Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Nudirəliyev Zaur İsmayıl oğlunun Anım günü tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, YAP Qubadlı rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, cümə məscidinin axundu hacı Rauf, Şəhidlərin döyüş yoldaşları, Şəhidlərimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirildi. Şəhidlərimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidlərimizin ruhuna dualar oxundu. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi və Qubadlı rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda və Şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı RİH başçısı Malik İsaqov, Abşeron RİH başçısı Abdin Fərzəliyev, Nərimanov RİH başçısı Elgin Həbibullayevqeyd ediblər ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu.

Azərbaycan xalqı öz Liderinin-Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 

Şəhid Ağayev Vüqar Əhməd oğlununanası Nənəxanım Ağayevabütün Şəhid ailələri adından göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
İcra başçıları şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ