Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Belə ki, cari ilin 19-21 oktyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin Hüquq-Mühafizə Orqanları Şəbəkəsinin növbəti 12-ci iclası keçirilmişdir.
Türkiyə, ABŞ, Belçika, Polşa, Rumıniya və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Zeynal Zeynalov və Baş İdarənin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Orxan Qazızadə təmsil etmişlər.
Görüşdə «COVİD-19» pandemiyası və digər fövqəladə hallar fonunda baş vermiş korrupsiya hallarının aşkar edilməsi, araşdırılması və təqib edilməsi zamanı əsas tendensiyalar, çətinliklər, müxtəlif ölkələrdə bu sahədə fəaliyyət göstərən qurumlar arasında qarşılıqlı əməkdaşlıq, iri infrastruktur layihələri və dövlət satınalmalarında korrupsiyanın qarşısının alınması ilə bağlı tədbirlər, korrupsiya hüquqpozmalarının müəyyən edilməsinin müxtəlif mənbələri, həmin qəbildən olan hüquqpozmalara qarşı mübarizədə jurnalistlərin rolu və digər məsələlər barədə ətraflı müzakirələr aparılmışdır.
Sözügedən müzakirələr zamanı çıxış edən nümayəndələrimiz tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış nəticəyönümlü islahatlar, habelə Azərbaycan Respublikası Prokurorluğunun korrupsiya cinayətlərinin istintaqı sahəsində mövcud təcrübəsi barədə məlumat verilmişdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır