SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Göygöldə sakinlər NİYƏ NARAZIDIR... - MÜRACİƏTqurama işlə həbs edilmiş türk vətəndaşı Oktay Çinara kim əl tutacaq?..

Göygöldə sakinlər NİYƏ NARAZIDIR... - MÜRACİƏTqurama işlə həbs edilmiş türk vətəndaşı Oktay Çinara kim əl tutacaq?..

Tarix:

21-10-2022, 21:14

/ 443 dəfə oxundu.
Göygöldə sakinlər NİYƏ NARAZIDIR... - MÜRACİƏTqurama işlə həbs edilmiş türk vətəndaşı Oktay Çinara kim əl tutacaq?..

 Göygöl rayonun Mollacəlilli kəndinin sakinləri kəndin təmirsiz yollarından narazıdırlar. Nəqliyyatın hərəkəti üçün tam yararsız olan yollara görə, kəndə gələn ictimai nəqliyyat vasitələrinin sayı günü-gündən azalır.

Hazırda kəndə cəmi bir marşrut avtobusu gəlir

Kənd sakini Maral Nəsibova deyir ki, “50 ildir bu kənddə yaşayıram, kəndin yolları elə həmişə belə olub. Hazırda cəmi bir marşrut gəlir. O da gecikir. Bəzi hallarda saatlarla avtobus gəlib çıxmır. Kəndin girişində avtobusu gözləyirəm. Avtobus bayaqdan kəndə keçib. Yollar elə vəziyyətdədir ki, avtobus kəndin içindən qayıdıb gələnə nə qədər vaxt keçir. Şoferləri də qınamalı deyil. Qışda uşaqlarımız palçığa bata-bata məktəbə gedir. Günümüz itin günüdür, kimsə buna çarə qılsın”.

Sürücülər avtomobillərini sıradan çıxaran Mollacəlilli kəndinin yollarında artıq sürücülük etmək istəmirlər.

Payız və qış aylarında vəziyyət daha acınacaqlı hal alır

Uşaqlarımız məktəbə belə çətin şərtlər altında gedir. Yağış suları yolları bataqlığa çevirib. Tərtəmiz evdən yola saldığımız uşaqlar palçığın içində evə dönürlər.

Kənd sakinlərinin həyat şəraitini çətinləşdirən avtomobil yolunun uzunluğu 4 km-dir. Kəndin 2300-ə yaxın sakini var. 2300 sakinin istifadə etdiyi yola laqeyd münasibət təəssüf doğurur.

Söz versələr də, düzəltməyiblər

Şikayətçi Seymur Nəbiyev deyir ki, “Hər dəfə seçki vaxtı yolları düzəldəcəklərinə söz versələr də, düzəltməyiblər. Bu günə qədər yollarımız bir dəfə də köklü təmir olunmayıb. Deputat seçiləndə də, söz verdilər, ancaq qaldı belə”.

Bələdiyyə sədri yolların asfaltlanacağı vaxtı bilmir

Sözügedən yolun gələcək taleyinə işıq tutmaq məqsədi ilə üz tutduq Mollacəlilli kənd bələdiyyəsinə. Bələdiyyə sədri Ramiz Tağıyev dedi ki, Mollacəlilli kəndi Göygöl rayonunun balansındadır. Kəndlərin investisiya layihəsi ilə müqavilə bağlamışıq. Layihə əsasında yola şebel tökürük. Kəndaxili yollarımız 12 km-dir. Onlar da mütəmadi olaraq yola şebel tökərək qreyderlə düzəldirlər. Lakin bu günə qədər yola asfalt vurulmayıb. Kəndaxili yolların asfaltlanması məsələsi gündəmdədir. Vəsait ayrılan kimi asfaltlanacaq.

Bələdiyyə sədri konkret vaxt deməsə də, yaxın zamanlarda, vəsait ayrılan kimi kənd yollarının asfaltlanacağını bildirdi.

Xalqxeber.az mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir:
[media=https://youtu.be/qNvDteFqBWM]

Şərhlər

XƏBƏR LENTİ