SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ermənistan sərhəddə atəşkəsi niyə pozur? - AÇIQLAMA

Ermənistan sərhəddə atəşkəsi niyə pozur? - AÇIQLAMA

Tarix:

5-09-2022, 17:00

/ 408 dəfə oxundu.
Ermənistan sərhəddə atəşkəsi niyə pozur? - AÇIQLAMA

 
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulur. Sülh müqaviləsinin imzalanacağı ilə bağlı danışıqların getdiyi bir vaxtda atəşkəsin pozulmasında məqsəd nədir?

Hərbi ekspert Ədalət Verdiyev "Unikal"a açıqlamasında bildirib ki, atəşkəsin tez-tez pozulması bir daha onu göstərir ki, hələlik Ermənistanda siyasi və hərbi rəhbərlik arasında sərhəd, Qarabağ mövzusunda vahid mövqe yoxdur. 

Onun sözlərinə görə, bəzi erməni hərbçilər Azərbaycan tərəfindən təklif olunan və  Ermənistanın baş naziri Nikol Paşinayn tərəfindən qəbul olunan sülh gündəliyinin tezislərini pozmaq istəyirlər. 

"Həmin hərbçilər bugünkü gündəlikdə duran məsələləri alt-üst etməyə çalışırlar. Bu, Azərbaycan tərəfi üçün o qədər də maraqlı deyil. Onların arasında baş verən fikir ayrılığı bizim birgə bəyanatı Ermənistan tərəfə həzm etdirməyimizə mane olmalı deyil. Atəşkəsin pozulmasının effektiv şəkildə qarşısını almaq üçün atəşin hansı nöqtədən açılmasında asılı olmayaraq,  gələcəkdə təkrarlanmasına imkan verməmək üçün atəş açılan düşmən mövqeləri təcili nəzarətə götürməlidir. Belə olduğu halda, Ermənistan tərəfi atəşkəsi pozanda düşünəcək ki, hansı daha sərfəlidir. Yeni ərazilərin itirilməsi, yoxsa atəşkəsin pozulması", - deyə ekspert vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ