FHN-nin əməkdaşı turizm şirkəti açıb insanları aldadır — ŞİKAYƏT
Azərbaycanda fəaliyyət göstərən "Soul Travel" şirkəti haqqında şikayət var
Rəhimbəyli Rüfət Əli oğlunun rəhbəri olduğu şirkət insanların inamından sui-istifadə edir.
Belə ki, universitet müəllimi Rəfiyeva Milla və tanınmış telejurnalist Qabulova Könül (adlar şərtidir, şəxslər ictimai nüfuzlarına görə adlarının çəkilməsini istəmir) "Soul Travel" şirkətindən Türkiyəyə endirimli tur alıblar. Lakin sonradan ortaya çıxıb ki, onlara verilən bilet nüsxələri saxtadır və əslində aldadılıblar.
Adı çəkilən şəxslər şirkətin rəhbəri Rəhimbəyli Rüfət ilə əlaqə saxlayaraq onu bu hərəkəti ilə əlaqədar hüquq mühafizə orqanlarına və məhkəməyə şikayət edəcəklərini bildiriblər. Bundan sonra R.Rəhimbəyli aldatdığı şəxslərin pulunun bir hissəsini qaytarıb.
Maraqlısı budur ki, R.Rəhimbəyli pulu qaytarmağa gələrkən Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim formasında olub.
Qeyd edək ki, "xilasedicinin" bu addımı eyni zamanda Azərbaycanda turizm sahəsinin inkişafına da zərər vurur. Onun Azərbaycan vətəndaşları ilə yanaşı xariciləri də aldadaraq onları çətin vəziyyətə saldığı bildirilir.
ölkə.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?