Məhərrəm Əliyev postunu itirdi- GENERAL - LEYTENANT İSLAHAT NƏTİCƏSİNDƏ KƏNARDA QALDI
Prezident Administrasiyasında həyata keçirilən islahatlar nəticəsində vəzifəsini itirənlər sırasında Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev də var.
Prezident Administrasiyasında yeni yaradılan struktura əsasən yeni yaradılan strukturda Prezidentin müdafiə məsələləri üzrə köməkçisi və müdafiə məsələləri şöbəsi ləğv olunaraq, yeni şöbə – Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri strukturu yaradılıb. Bu vəzifəyə isə Fuad Ələsgərov təyinat alıb.
Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev və Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev kənarda qalıb. Onların adı yeni təyinat alanlar sırasında deyil.
Qeyd edək ki, Məhərrəm Əliyev bu vəzifədən öncə Azərbaycanın Tacikistandakı səfiri, ondan öncə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
president.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?