Azərbaycanda yol polisi sürücünü ələ salıb ağlatdı – VİDEO çəkib sevgilisinə göndərdi
Yol polisi əməkdaşının sürücüyə qarşı belə davranışı cəzasız qalmamalıdır
Azərbaycanda yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb. Əldə etdiyimiz məlumata görə, sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin sevgilisi olub.
Hadisə DYP-nin Sabirabad postunda baş verib. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin "saxla" işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə "görmədim, tanımadım" deyə-deyə onlara yalvarmağa başlayır. Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir. Videodan belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir. Və o, yol polisinin "saxla" işarəsinə əməl etməyərək hərəkəti davam etdirib. Onun bu hərəkəti heç də təqdir olunası hal deyil. Sürücü özü də etiraf edir ki, "elə bildim İmişli "QAİ"sidir, ona görə dayanmadım".
Yəni, özü də etiraf edir ki, polisə tabe olmayıb. Əgər belədirsə və yükdaşıma qaydalarını pozubsa, heç şübhəsiz ki, onu mütləq cəzalandırmaq lazımdır. Lakin yol polisi əməkdaşının sürücünün yazıq görkəm alıb yalvarmasını, ağlamasını telefonla çəkib görüşdüyü qadına göndərməsi cəzasız qalmamalıdır.
avtosfer.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır