SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zəngilana Prezidentin xüsusi nümayəndə təyin etdiyi şəxs KİMDİR? - DOSYE

Zəngilana Prezidentin xüsusi nümayəndə təyin etdiyi şəxs KİMDİR? - DOSYE

Tarix:

4-05-2022, 16:00

/ 441 dəfə oxundu.
Zəngilana Prezidentin xüsusi nümayəndə təyin etdiyi şəxs KİMDİR? - DOSYE

 
Xəbər verdiyimiz kimi, Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

"Unikal"ın məlumatına görə, o bundan əvvəl Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşan böyük şirkətlərindən birinin rəhbəri olub. Vahid Hacıyev 2020-ci ildə “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni İdarə Heyəti sədri vəzifəsinə təyin olunub. 

V.Hacıyev 13 il  neft şirkəti “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.

Bundan əlavə Vahid Hacıyev 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2003-2005-ci illərdə isə həmin fakültənin magistr pilləsi üzrə təhsil alıb. 

Şərhlər

XƏBƏR LENTİ