SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mehriban Əliyeva xristian icmasını təbrik edib

Mehriban Əliyeva xristian icmasını təbrik edib

Tarix:

24-04-2022, 16:00

/ 383 dəfə oxundu.
Mehriban Əliyeva xristian icmasını təbrik edib


Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”.

Şərhlər

XƏBƏR LENTİ