SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Whatsapp”da 2 yeni funksiya

“Whatsapp”da 2 yeni funksiya

Tarix:

24-04-2022, 12:40

/ 637 dəfə oxundu.
“Whatsapp”da 2 yeni funksiya

“WhatsApp” növbəti yeniliklərini istifadəçilərin ixtiyarına verib.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilib ki, qrupda səsli zənglər zamanı eyni vaxtda 32-dək istifadəçi iştirak edə bilər. Bu funksiya hazırda iOS-un 22.8.80 versiyasında mümkündür. Yenilik tezliklə bütün istifadəçilər üçün də mövcud olacaq.

Bundan əlavə, audio zənglər zamanı ekrandakı interfeys də yenilənib. Bunun sayəsində istifadəçi kiminlə danışdığını rahat şəkildə müəyyən edəcək.

Qeyd edək ki, yenilənmədən əvvəl qrupda səsli zənglər zamanı eyni vaxtda 8 istifadəçi iştirak edə bilirdi.

Şərhlər

XƏBƏR LENTİ