SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rusiyada Türkiyədən gətirilən məhsullara məhdudiyyət ləğv edilib

Rusiyada Türkiyədən gətirilən məhsullara məhdudiyyət ləğv edilib

Tarix:

16-04-2022, 14:26

/ 491 dəfə oxundu.
Rusiyada Türkiyədən gətirilən məhsullara məhdudiyyət ləğv edilib



Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyədən bibər, nar, üzüm, qreypfrut və portağalın tədarükünə qoyulan məhdudiyyəti ləğv edib.

“Report” xəbər verir ki, bu barədə federal xidmət məlumat yayıb.

“Məhdudiyyətlərin aradan qaldırılması barədə qərar meyvə-tərəvəz istehsalı və ixracı mərkəzlərində aparılan yoxlamanın nəticələrinə əsaslanıb və bu zaman “Rospotrebnadzor” mütəxəssisləri laboratoriya tədqiqatları üçün məhsul nümunələri götürüblər. Nümunələrin təhlilinin nəticələrinə əsasən, zərərli maddələrin icazə verilən maksimum səviyyədən artıqlığı aşkar edilməyib”, - məlumatda vurğulanıb.

Şərhlər

XƏBƏR LENTİ