"Şok endirim" görüb aldanmayın!
Mövsümi dəyişikliklərlə bağlı paytaxt Bakının müxtəlif mağazalarında yüksək faizli endirimlər tətbiq olunur. 50-60, bəzən də 70-80 faiz civarında endirimlərə belə rast gəlmək mümkündür. Amma bu endirimlər nə dərəcə də realdır?
İstehlakçıların Maarifləndirilməsi və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Azər Sərdarov bildirib ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir.
Saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar: "Ona görə də bütün mağazalar endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirmi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir".
Məsələnin həlli olaraq, Azər Sərdarov birmənalı şəkildə qanunun qəbul edilməli olduğunu bildirib: "Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi xüsusi ilə iri marketlərdə qiymətlərin monitorinqini aparmalıdır, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir".
Azər Sərdarov deyib ki, satılan məhsulun çek və qayiməsinin üzərində sonuncu qiymət ilə yanaşı əvvəlki qiymətin əks olunmaslna ehtiyac var ki, endirimləri görmək mümkün olsun.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?