SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar

Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar

Tarix:

24-05-2017, 12:51

/ 994 dəfə oxundu.
Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar

Ləğv edilmiş MTN ilə bağlı olan hal hazırkı dövlət quluqçuların siyahısında cinayətkar dəstəyə maddi və mənəvi dəstəyi olan Abşeron bələdiyyə sədri Siyənfər Əliyevin barəsində həqiqətləri əks etdirən məqalələr dərc edilib. Media üzərində apardığımız araşdırmaya görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsindən sonra onlara xidmət edən dəstə ilə də bağlı bir çox məlumatlara rast gəldik. Cinayətkar dəstəyə xidməti ilə digər xidmətçilərdən seçilən Masazır qəsəbə Bələdiyyə sədri Siyənfər Əliyev barəsində keçmiş kürəkəninin və medianın verdiyi xəbərlərin əksər hissəsinin həqiqət olduğu məlum olub. Məlumatlarda ləğv edilmiş MTN genralı Çovdarovun sağ əli kimi tanınan biznes şərikliyi olan Siyənfər Əliyevin məsuliyyətdən hansı dostlarının sayəsində azad edildiyi müəmmalarada aydınlıq gətirməyə çalışdıq. Bununla bağlı cumhuriyyet.az bakunews.az-a istinadən bildirir ki, Çovdarov dəstəsinə xidmət edən Siyənfər Əliyev təhlükədən yayınmaq məqsədi ilə əvvəldən şərik olduğu icra başçısına müraciət edərək onu qorunmasına görə xahiş edib. Masazır qəsəbəsində yerləşən LUGANO adlı restorana icra başçısı ilə şərik fəaliyyətindən irəli gələn münasibət xahişinin yerə salınmamasında böyük rol oynamışdır. Mətbuat üzərində aparılan araşdırmalara görə isə Siyənfər Əliyevin biznesi bununlada bitmək bilmir. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda isə bələdiyyə sədri Türkiyə, Fransa və Rusiyada olan mülklərinin sayını artıq itirib. Azərbaycanda torpaq almaq vətəndaşlara o qədər baha başa gəlirki illərlə işləyib bir sot torpaq zorla almaq mümkün olur. Amma dövlət qiymətinin reallıqdan qat-qat aşağı olması faktı Siyənfər Əliyev kimilərinin dövlət büdcəsinə vurduğu ziyanın hesabsız olduğunu göstərməkdədir.
Masazır bələdiyyəsinin verdiyi hesabatlarda il ərzində neçə milyon mənimsəməsi gizlədilərək şəxsi hesablarına keçirilməsinə xidmət edən karusel yaradılıb. Azərbaycanın bir çox bölgə və şəhərlərində mülk sahibi olmağı qarşısına məqsəd qoyan S.Əliyev hakim dairələri yerli icra hakimiyyətlərini aldatmağa nail ola bilib. Bu azmış kimi özünə yaxın olan şəxsləri imkanlı biznesmenlər kimi cəmiyyətə təqdim etməyidə yaddan çıxarmayıb. Hal-hazırkı kürəkəni Vüsalın heç bir iş sahibi olmaması faktı və bununla yanaşı bir imperator kimi yaşaması ictimaiyyətin gözündən yayınmayıb. Xarici avtomobil və Masazırda 2 mərtəbəli ev sahibi olan kürəkəni hansı qazancla bu mal-mülkün sahibi ola bilib – deyə sual edirik. Qardaşının idarə etdiyi Fermanın əsil sahibi Siyənfər olmasına baxmayaraq fermer kimi qardaşı irəli verilir. Nədənsə S.Əliyevin bir çox biznesi məhz Abşeron ərazisinə təsadüf edir ki, buda Akif Çovdarovla şəriklik dövründə qurduğu imperiyanın qalıqlarıdır.
Redaksiyamıza etibarlı mənbələrdən bildirilib ki, S.Əliyev tək Masazırda deyil həmçinin Xırdalan şəhəri, Yasamal rayonu, Nəsimi və Nərimanov ərazilərində mülklərinin mövcud olması ilə bağlı fotolarda təqdim edilib. BakuNews.az-a daxil olan ən ilginc məlumat isə Siyənfərin oğlunun məhz ona necə qardaş sayılmasıdır ki, bunlarda sənətlərlə təsdiqini tapır. Bundan əlavə Akif Çovdarovdan kürəkənin xəbəri olmadan zəng edərək onun Nəqliyyat nazirliyinə işə düzəldilməsini xahiş etməsidə məhz A.Çovdarov və S.Əliyevin sıcaq münasibətindən xəbər verməkdədir.
Kürəkənin redaksiyamıza verdiyi bilgilərə görə isə MTN ləğvindən sonra onun işə qəbul edilməsinin keçmiş qaynatasının A.Çovdarova xahişi nəticəsində olduğunu işdən azad edildikdən sonra xəbər tutub. Ləğv edilmiş Nəqliyyat nazirliyinin nəzdində İri qabaritli ağır çəkili yüklərə nəzarət idarəsində işləyən Rüfət Hüseynov Keçmiş genralın tapşırığı ilə işə götürülməsinə baxmayaraq bələdiyyə sədrinin göstərişi ilə işdən azad edilib. Bütün bunlardanda məlum olur ki, həmin idarədə məhz Çovdarov xofunun hökümranlığını Siyənfər Əliyev miraz olaraq idarə etməkdədir. Kimlərin işliyib işləməməsinə bələdiyyə sədri diqqtəsi kifayət etməkdədir.
Axundov Emin Müzəffər oğlu (Saray postunda DYP əməkdaşı vəzifəsində çalışır. Bundan əvvəl isə Qaradağ postunda işləyib.) əslində kimdir. Emin əslində Siyənfər Əliyevin doğma oğludur. Amma nədənsə sənətlərdə Emin Əliyev Siyənfər oğlu deyil, Emin Axundov Müzəffər oğlu olaraq qeyd edilib. Sənətlərin nə üçün dəyişik yazılması ilə maraqlananda isə ata və oğulun hər ikisi Müzəffər oğlu olması diqqət çəkdi. Belə çıxır ki, Emin Siyənfərlə ata oğul yox qardaş sayılırlar. Məsələ sənətlər üzərində edilən dəyişikdəndə ötəyə getmişdir ki, Emin Axundovun dövlət quluğunda olduğu halda cinayət törədərək hadisə yerini tərk etmiş və onun cinayətini dayısı Raqif üzərinə götürmüşdür-deyə mənbə bildirir. Cinayət tərkimi olan bir hadisənin istintaqını yayındıraraq cinayət motivini gizlədilməsinə nail olmaq üçün məhz Akif Çovdarovun köməkliyindən istifadə edilmişdir. Bu ittiham dövlət qurumları tərəfindən araşdırılması üçün tərəfimizdən DİN-nə yazılı olaraq müraciət ediləcəkdir ki, həmin dövrdə cinayətin törədilməsi ilə bağlı yenidən araşdırılma qaldırılsın.
Ardı var… Araşdırmamız davam edir.
Redaksiyadan: Yazıda adları keçən qurum və şəxslərin iddialara qarşı mövqeyini dinləyib fikirlərini dərc etməyə hazırıq.
Növbəti yazıda:
DİN göndərəcəyimiz araşdırma ilə bağlı münasibət dərc ediləcək…
Cinayət bilərəkdən kimlər hansı səbəbdən ləğv edilmiş MTN ilə danışıqlara gedib…
Nizami rayon ərazisində ölən şəxsin kimliyi və onun kim tərəfindən öldürüldüyü barədə geniş məlumatlar …
Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar
Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar
Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar
Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar
Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar
Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar
Akif Çovdarovun Masazırdakı gizli məmuru: Siyanfər Əliyev haqda ilginc faktlar

Şərhlər

XƏBƏR LENTİ