SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatını artırmaqdadır

Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatını artırmaqdadır

Tarix:

14-02-2022, 13:52

/ 458 dəfə oxundu.
Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatını artırmaqdadır

 
Son bir həftədə Azərbaycanda iki mühüm əhəmiyyətli enerji obyekti - yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyası və “Qobu” Enerji Qovşağını - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasını və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası istifadəyə verildi. Ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edəb bu stansiyaların açılışında Prezident İlham Əliyev iştirak edib və fevralın 11-də kiçirilən aşılış mərasimindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib. Cənab Prezident AZƏRTAC-a müsahibəsində ölkəmizin elektirik enerjisi sahəsində aparılan bu və digər işlər barədə də geniş məlumat verib.
Bu gün ölkəmizdə enerji enerisi istehsalı, yeni eneri mənbələrinin yaradılmasına və elektrik stansiyalrının tikintisinə geniş fikir verilir. Xüsisilə 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra işğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işləri geniş həcmlə həyata keçirilir. Bu səbəbdən sözügedən ərazilərdə elektrik enerjisi infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı “Güləbird” Su-Elektrik Stansiyasının, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su- elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olmuşdur. “Kəlbəcər-1” Kiçik Su-Elektrik stansiyasında  işlər tamamlanmışdır. Bununla yanaşı, azad olunmuş ərazilərdə 110/35/10 kV-luq rəqəmsal yarımstansiya tikilmiş, “Şuşa”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları istismara verilmişdir. Ağdamda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarında, o cümlədən “Qarabağ” Regional İdarəetmə Mərkəzində də tikinti işləri tamamlanmışdır.
Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı ölkənin ümumi enerji sisteminə qoşulmaqla yanaşı, həm də tam rəqəmsallaşdırılmışdır. Cari ildə də bu ərazilərdə enerji infrastrukturunun yaradılması işləri davam edəcək. Həmin yerlərdə 5 yeni su-elektrik stansiyası inşa ediləcək ki, bu da ümumi enerji potensialımızı daha da gücləndirəcək.  
Bu gün Azərbaycan enerji ilə təkcə özünü tam təmin etmir,  enerji ixrac edən ölkə kimi də tanınır. Hazırda Azərbaycan Türkiyəyə, Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edir. Məqsəd isə daha çox həcmdə elektrik enerjisi ixrac etməkdir. Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində bu barədə demişdir: “Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var”.

Tufan Məmmədov – iqtisadçı-ekspert

Şərhlər

XƏBƏR LENTİ