SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı Nəqliyyat Agentliyinin 1 MİLYON BORCU üzə çıxdı - Rəsmi AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyinin 1 MİLYON BORCU üzə çıxdı - Rəsmi AÇIQLAMA

Tarix:

5-02-2022, 19:10

/ 339 dəfə oxundu.
Bakı Nəqliyyat Agentliyinin 1 MİLYON BORCU üzə çıxdı - Rəsmi AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan müəssisələrin dövlət büdcəsinə 1 milyon manatdan çox vergi borcu olduğu bildirilib. Məlumata görə BNA-nın “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 1.482.544 manat vergi borcu var.

BNA-nın "Ziğ Avtoparki" MMC-nin (VÖEN 1500333071) 516.56 manat, "Albaliliq Avtoparki" MMC-nin (VÖEN 1200049561) 335.52 manat dövlətə borcu var.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumat bazasında "Zığ Avtoparkı" MMC üçün 516.56 manat, "Albaliliq Avtoparki" MMC üçün 335.52 manat dövlət vergi borcunun olması ötən ayın əmək haqqları ilə bağlıdır və onların da ödənişi təmin edilib:

““BakuBus” MMC-nin dövlət büdcəsinə vergi borcuna gəlincə isə qeyd edim ki, Dövlət baçısının 2020-ci il 5 noyabr tarixli müvafiq fərmanına əsasən bu təsərrüfat subyekti Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilib”, -deyə qurum sözçüsü bildirib.

Bizim.Media

Şərhlər

XƏBƏR LENTİ