SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu avtobusların hərəkət sxemi dəyişib

Bu avtobusların hərəkət sxemi dəyişib

Tarix:

18-01-2022, 21:45

/ 613 dəfə oxundu.
Bu avtobusların hərəkət sxemi dəyişib

M8 Maştağa - Gənclik m/st-sı ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti, Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib.
Maştağa qəsəbəsi - Gənclik m/st-sı istiqamətində avtobusların hərəkəti sabahdan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.
"Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur", - məlumatda deyilir.

Şərhlər

XƏBƏR LENTİ