SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hulusi Akar Zakir Həsənova başsağlığı verdi

Hulusi Akar Zakir Həsənova başsağlığı verdi

Tarix:

12-01-2022, 12:36

/ 389 dəfə oxundu.
Hulusi Akar Zakir Həsənova başsağlığı verdi

Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

Şərhlər

XƏBƏR LENTİ