Oqtay Şirəliyev müavini Elsevər Ağayevə bata bilmir
Səhiyyə naziri Oqtay Şirəliyev müavini Elsevər Ağayevə bata bilmir
Nazir müavini özü dövlət içində dövlət qurub.
E.Ağayevin öz nazirliyi və komandası fəaliyyətdədir. Bu qüvvə səhiyyə nazirinin qruplaşmasına qarşı olmasa da, bir güc olaraq onlarla hesablaşırlar.
İddialara görə, nazir postuna arzusu olan E.Ağayev hələ ki bu istəyinə çatmayıb. Ancaq özünü Şirəliyevin yerinə hazırladığı bildirilir.
Mənbə qeyd edir ki, nazir öz müavininə həm də onun yüksək çinli məmurlar arasında dayaqları olduğuna görə bata bilmədiyi iddia edilir.
Azərbaycan Səhiyyə Nazirliyi deyəndə adamın ağlına nələr gəlmir… Doğuş vaxtı ana ölümləri, uşaq ölümləri, keyfiyyətsiz dərmanlar, hətta dövlət xəstəxanasında adi sarğının, ağrıkəsicinin pulla satılması, xəstəxana ərazilərinin biznesmenlərə bina tikmək üçün satılması və daha nələr…
Amma ən dəhşətlisi bilirsiniz nədir..? Bir müddət əvvəl həkim vətəndaşın xəstə ayağının əvəzinə sağlam ayağını kəsmişdi. Bu olay ictimaiyyət arasında, sosial şəbəkələrdə çox ciddi narazılığa səbəb oldu.
Bütün bu problemlərin köklü həlli gənc bir kadrın səhiyyə sisteminin başına gətirilməsi, rüşvətə meyli olmaması, Qərb təhsili almasıdır.
Nazir müavini də Şirəliyevin yerinə gəlsə heç nə dəyişən deyil. Çünki E.Ağayev daha çox dərman biznesində payı olan oliqarx kimi tanınır. Şirəliyev isə Ağayevlə bacara bilməz. Onun hakimiyyətin üst mərtəbələrində ciddə əlaqələri və dəstəyi var.
Bu mövzuda teref.info yazıb ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 8 ünvanında yerləşən 2 hektar ərazini kim özəlləşdirib, cənab Elsevər Ağayev?
Qeyd edək ki, həmin ərazi özəlləşmədən əvvəl Səhiyyə Nazirliyinin avtomobil qarajı olub. Bütün bunlar sizə azlıq edir?
İndi də mətbuatın yazdığına görə yığdığın pulları sələmə verirsən? Yaxın dostun olan şəkili Hikmət Məmmədovun sələmə verdiyi milyonlar kimindir, cənab nazir müavini..?
Bir vaxtlar Əli İnsanovun da, Akif Çovdarovun da, Eldar Mahmudovun da “tormoz”u tutmurdu. Amma cənab prezident hamısına layiq olduğu yeri göstərdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?