SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dövlətimizin başçısı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı

Dövlətimizin başçısı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı

Tarix:

22-12-2021, 10:25

/ 403 dəfə oxundu.
Dövlətimizin başçısı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı

 
Dövlətimizin başçısı İlham Əliyev dekabrın 15-də Brüssel səfəri çərçivəsində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi ilə həm də müharibə dövrünün reallıqlarını dünya ictimayyətinin diqqətinə çatdırdı.

Prezidentimiz Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar, bunun region ölkələri üçün perspektivləri, geosiyasi və geoiqtisadi əhəmiyyəti barədə ətraflı şərh verdi. O, məntiqi mühakimələri və analitik təhlili ilə Azərbaycanın sülhün, sabitliyin tərəfində olduğunu, nəzərdə tutulan layihələrin regionda əmin-amanlığa, tərəqqiyə, iqtisadi inkişafa geniş yol açacağını hərtərəfli əsaslandırdı. Qeyd edildi ki, yeni reallıq regionun inkişafına əlavə stimul olacaq yeni əməkdaşlıq formatları müəyyən edir. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır. Bu, tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində xeyli əhəmiyyətli addımdır. Artıq reallığa çevrilən Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas hissəsini təşkil edəcək və bütün region üçün yeni inkişaf imkanları açacaq. Bu, türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Ermənistan tərəfinin bunu dəyərləndirməsi, layiqincə qiymətləndirməsi onların gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir.
Dövlətimizin başçısı bildirdi ki, baş verə biləcək revanşizm cəhdlərinin qarşısının dərhal alınacaq, hər hansı təxribatların Ermənistan tərəfi üçün heç bir nəticəsi olmayacaqdır. Erməni tərəfi Azərbaycanın şərtlərini mütləq qəbul etməlidirlər, onların gələcək inkişafı məhz bundan asılıdır. Brüssel bəyanatında da əksini tapan məsələlər Azərbaycanın müəyyən etdiyi reallıqlar üzərində qurululub. Artıq geriyə dönüşün mümkünsüzlüyü göz önündədir.  
Müsahibədə də toxunulduğu kimi, Avropa Komissiyası tərəfindən Ermənistana 2.6 milyard dollar, Azərbaycana isə 140 milyon dəstək paketinə gəldikdə bu, ədalətsiz bir münasibətdir. Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyondur. Belə ki, fərq 5 dəfədən çoxdur. İşğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Bu ərazilərə 1 milyona yaxın mina basdırılıb.  
Uzun müddət işğal siyasəti yürüdən, Azərbaycan ərazilərini xarabalıqlara çevirən, sakinlərini məcburi köçkün vəziyyətinə salan Ermənistana bu məbləğdə dəstək, təbii ki, ikrah yaradır. İşğaldan azad olunmuş ərazilərin bərpası, minaların təmizlənməsi prosesi, sakinlərin öz ata-baba yurdunda yerləşdirilməsi daha çox vəsait tələb edir. Avropa İttifaqının bu cür yanaşması təəccüb doğurur.
 
Həcər Verdiyeva 
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor

Şərhlər

XƏBƏR LENTİ