SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Türkiyə səfirindən başsağlığı

Türkiyə səfirindən başsağlığı

Tarix:

17-11-2021, 20:00

/ 420 dəfə oxundu.
Türkiyə səfirindən başsağlığı


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlət sərhədində Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların yaxınlarına başsağlığı verib.

Bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”, - paylaşımda deyilir.

Şərhlər

XƏBƏR LENTİ